← Zechariah (14/14) |
1. | Budur, Rəbbin günü gəlir! Ey Yerusəlim xalqı, sənin qarət olunmuş mallarını gözlərin önündə bölüşdürəcəklər. |
2. | Mən bütün millətləri Yerusəlimə qarşı müharibə etmək üçün toplayacağam. Şəhər ələ keçiriləcək, evlər qarət ediləcək, qadınlara təcavüz ediləcək. Şəhər əhalisinin yarısı sürgünə göndəriləcək, amma qalanların şəhərdən kökü kəsilməyəcək. |
3. | O zaman Rəbb çıxıb müharibə günündə necə döyüşdüsə, eləcə o millətlərə qarşı döyüşəcək. |
4. | O gün Onun ayaqları Yerusəlimin önündə – şərq tərəfində olan Zeytun dağının üzərində duracaq. Zeytun dağı şərqə və qərbə doğru ortadan yarılıb çox böyük bir vadi olacaq. Dağın yarısı şimala, yarısı cənuba çəkiləcək. |
5. | Siz isə dağlarımdakı vadi ilə qaçacaqsınız, çünki dağlardakı vadi Aselə qədər uzanacaq. Yəhuda padşahı Uzziyanın dövründə zəlzələ olarkən necə qaçdınızsa, eləcə qaçacaqsınız. O zaman Allahım Rəbb bütün müqəddəslərlə birgə gələcək. |
6. | O gün işıq olmayacaq, işıq verən göy cisimləri qaralacaq. |
7. | Yalnız Rəbbin bildiyi xüsusi bir gün olacaq. Gecə də, gündüz də olmayacaq. Axşam vaxtı işıqlı olacaq. |
8. | O gün Yerusəlimdən həyat verən sular axacaq. Suların yarısı Şərq dənizinə, yarısı isə Qərb dənizinə axacaq. Yayda da, qışda da belə olacaq. |
9. | Rəbb bütün dünyanın padşahı olacaq. O gün yalnız Rəbb və Onun adı ucalacaq. |
10. | Bütün ölkə Gevadan Yerusəlimin cənubundakı Rimmona qədər Arava düzənliyi kimi olacaq. Amma Yerusəlim yüksəklikdə olacaq, Binyamin darvazasından ilk darvazanın yerinə, Künc darvazasına, Xananel qülləsindən padşahın üzümsıxanlarına qədər öz yerində duracaq. |
11. | İnsanlar orada sakin olub asayiş içində yaşayacaq. Yerusəlim bir daha məhvə düçar olmayacaq. |
12. | Yerusəlimə hücum edən bütün xalqları Rəbb bu bəla ilə cəzalandıracaq. Ayaq üstə olanda bədənləri, hədəqələrindəki gözləri, ağızlarındakı dilləri çürüyəcək. |
13. | O gün Rəbb onları böyük təlaşa düçar edəcək. Hər kəs qonşusunun əlini tutacaq, bir-birinin üstünə hücum çəkəcək. |
14. | Yəhudalılar da Yerusəlimdə vuruşacaq. Ətrafdakı bütün millətlərin sərvəti, çoxlu miqdarda qızıl, gümüş və paltar toplanacaq. |
15. | Düşmən ordugahlarındakı bütün heyvanlar da – atlar, qatırlar, dəvələr və eşşəklər bu cür bəlaya düçar olacaq. |
16. | Yerusəlimə hücum edən millətlərdən sağ qalanların hamısı Ordular Rəbbi olan Padşaha səcdə etmək və Çardaqlar bayramını keçirmək üçün hər il Yerusəlimə gedəcək. |
17. | Əgər yer üzündəki nəsillərdən hansısa Ordular Rəbbi olan Padşaha səcdə etmək üçün Yerusəlimə getməsə, onun ölkəsinə yağış yağmayacaq. |
18. | Misirlilər nəsli Yerusəlimə getməsə, onların torpağı suvarılmayacaq. Rəbb onlara da Çardaqlar bayramını keçirmək üçün Yerusəlimə getməyən bütün millətlərə verdiyi cəzanı verəcək. |
19. | Misirlilərə və Çardaqlar bayramını keçirmək üçün Yerusəlimə getməyən bütün millətlərə belə cəza veriləcək. |
20. | O gün atların zınqırovları üzərinə “Rəbbə həsr edilmiş” sözləri yazılacaq. Rəbbin evindəki qazanlar da qurbangahın önündəki ləyənlər kimi olacaq. |
21. | Yerusəlim və Yəhudada hər qazan Ordular Rəbbinə həsr olunacaq. Qurban kəsən adamların hamısı gəlib bu qazanlardan qurban ətini bişirmək üçün istifadə edəcək. O gün Ordular Rəbbinin evində artıq Kənanlı qalmayacaq». |
← Zechariah (14/14) |