← SongOfSongs (2/8) → |
1. | Mən Şaron nərgiziyəm, Dərələrdə bitən zanbağam. Oğlan: |
2. | Mənim yarım qızlar arasındadır, Elə bil bir zanbaq tikanlar arasındadır. Qız: |
3. | Mənim sevgilim oğlanlar arasındadır, Meşədəki ağaclar arasında alma ağacına oxşayır. Kölgəsində oturmaqdan zövq alıram, Meyvəsinin dadı damağımdan getmir. |
4. | O məni ziyafət evinə apardı, Sevgisi bayraq kimi üzərimdə dalğalanır. |
5. | Mən eşq xəstəsiyəm, Kişmiş verin, qüvvətlənim, Alma verin, cana gəlim. |
6. | Sevgilim sol əlini başımın altına salır, Sağ əli ilə məni qucağına alır. |
7. | Ey Yerusəlimdəki qızlar, sizi and verirəm Dişi ceyranlara, çöldəki marallara! Bizi bu sevgidən oyatmayın, ayıltmayın, Qoy könül istəyənəcən qalsın. |
8. | Bu, sevgilimin hənirtisidir! O, dağlardan aşaraq, təpələrdən sıçrayaraq gəlir. |
9. | Sevgilim ahuya, maral balasına oxşayır, Budur, hasarımızın o tayında dayanır, Pəncərələrdən boylanır, barmaqlıqlardan baxır. |
10. | Mənə belə dedi sevgilim: «Dur gəl, yarım, gözəlim. |
11. | Budur, artıq qış keçib, Yağıntılar kəsilib. |
12. | Hər yanda güllər bitib, Nəğmə oxumağın zamanı yetib, Qumrunun səsi torpağı bürüyüb. |
13. | Əncir yaşıl bar gətirib, Üzüm çiçəklənib ətrini saçır. Dur gəl, yarım, gözəlim!» Oğlan: |
14. | Ey gözəl göyərçinim, Sanki sal qayalarda, sıldırımlarda gizlənmisən. Qoy üzünü görüm, səsini eşidim, Çünki şirin səsli, gözəl surətlisən. |
15. | Tülküləri, kiçik tülküləri tutun, Üzümlükləri korlamağa qoymayın, Çünki bağlarımız çiçəklənib. Qız: |
16. | Sevgilim mənimdir, mən də onunam, O, sürüsünü zanbaqlıq içərisində otarır. |
17. | Gün sərinləşənəcən, kölgələr düşənəcən, Ey sevgilim, geri qayıt, Şişuclu dağların qoynunda olan Ahuya, maral balasına bənzərsən. |
← SongOfSongs (2/8) → |