← Numbers (7/36) → |
1. | Musa məskəni qurub qurtaranda onu və bütün avadanlığını məsh və təqdis etdi. Qurbangah və bütün avadanlığını da məsh və təqdis etdi. |
2. | Sonra İsrail rəhbərləri təqdimləri gətirdilər. Onlar nəsil başçıları, siyahıya alınan xalqa nəzarət edən qəbilə rəhbərləri idi. |
3. | Rəbbə təqdim olaraq üstü örtülü altı araba və on iki öküz gətirdilər; hər iki rəhbər üçün bir araba və hər rəhbər üçün bir öküz. Bu təqdimləri məskənin önünə gətirdilər. |
4. | Rəbb Musaya belə dedi: |
5. | «Onları bu adamlardan götür ki, Hüzur çadırındakı xidmətlərdə işlənilsin. Onları Levililərə, hər birinin vəzifəsinə görə ver». |
6. | Musa arabaları və öküzləri götürüb Levililərə verdi. |
7. | Gerşonlulara vəzifələrinə görə iki araba və dörd öküz verdi; |
8. | Merarililərə isə vəzifələrinə görə dörd araba və səkkiz öküz verdi. Onların hamısı kahin Harun oğlu İtamarın nəzarəti altında idi. |
9. | Lakin Qohatlılara bir şey vermədi, çünki onların vəzifəsi müqəddəs əşyaları çiyinlərində daşımaqdır. |
10. | Qurbangah məsh edilən gün rəhbərlər onun təqdisi üçün təqdimlər gətirdilər; onlar təqdimlərini qurbangahın qabağına gətirdilər. |
11. | Çünki Rəbb Musaya demişdi: «Qurbangahın təqdisi üçün hər gün bir rəhbər öz təqdimini gətirsin». |
12. | Birinci gün təqdimi gətirən Yəhuda qəbiləsindən Amminadav oğlu Naxşon oldu. |
13. | Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; |
14. | buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; |
15. | yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; |
16. | günah qurbanı olaraq bir təkə; |
17. | ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Amminadav oğlu Naxşonun gətirdiyi təqdimlər bunlar idi. |
18. | İkinci gün İssakarlıların rəhbəri Suar oğlu Netanel təqdimlərini gətirdi. |
19. | Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini; yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; |
20. | buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; |
21. | yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; |
22. | günah qurbanı olaraq bir təkə; |
23. | qurban ediləcək ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Suar oğlu Netanelin gətirdiyi təqdimlər bunlar idi. |
24. | Üçüncü gün Zevulunluların rəhbəri Xelon oğlu Eliav təqdimlərini gətirdi. |
25. | Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; |
26. | buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; |
27. | yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; |
28. | günah qurbanı olaraq bir təkə; |
29. | qurban ediləcək ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Xelon oğlu Eliavın gətirdiyi təqdimlər bunlar idi. |
30. | Dördüncü gün Ruvenlilərin rəhbəri Şedeur oğlu Elisur təqdimlərini gətirdi. |
31. | Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; |
32. | buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; |
33. | yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; |
34. | günah qurbanı olaraq bir təkə; |
35. | qurban ediləcək ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Şedeur oğlu Elisurun gətirdiyi təqdimlər bunlar idi. |
36. | Beşinci gün Şimeonluların rəhbəri Surişadday oğlu Şelumiel təqdimlərini gətirdi. |
37. | Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın un ilə dolu idi; |
38. | buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; |
39. | yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; |
40. | günah qurbanı olaraq bir təkə; |
41. | ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Surişadday oğlu Şelumielin gətirdiyi təqdimlər bunlar idi. |
42. | Altıncı gün Qadlıların rəhbəri Deuel oğlu Elyasaf təqdimlərini gətirdi. |
43. | Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; |
44. | buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; |
45. | yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; |
46. | günah qurbanı olaraq bir təkə; |
47. | ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Deuel oğlu Elyasafın gətirdiyi təqdimlər bunlar idi. |
48. | Yeddinci gün Efrayimlilərin rəhbəri Ammihud oğlu Elişama təqdimlərini gətirdi. |
49. | Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; |
50. | buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; |
51. | yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; |
52. | günah qurbanı olaraq bir təkə; |
53. | ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Ammihud oğlu Elişamanın gətirdiyi təqdimlər bunlar idi. |
54. | Səkkizinci gün Menaşşelilərin rəhbəri Pedahsur oğlu Qamliel təqdimlərini gətirdi. |
55. | Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; |
56. | buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; |
57. | yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; |
58. | günah qurbanı olaraq bir təkə; |
59. | ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Pedahsur oğlu Qamlielin gətirdiyi təqdimlər bunlar idi. |
60. | Doqquzuncu gün Binyaminlilərin rəhbəri Gidoni oğlu Avidan təqdimlərini gətirdi. |
61. | Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; |
62. | buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; |
63. | yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; |
64. | günah qurbanı olaraq bir təkə; |
65. | ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Gidoni oğlu Avidanın gətirdiyi təqdimlər bunlar idi. |
66. | Onuncu gün Danlıların rəhbəri Ammişadday oğlu Axiezer təqdimlərini gətirdi. |
67. | Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; |
68. | buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; |
69. | yandırma qurbanı olaraq bir dana, bir qoç, bir erkək toğlu; |
70. | günah qurbanı olaraq bir təkə; |
71. | ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Ammişadday oğlu Axiezerin gətirdiyi təqdimlər bunlar idi. |
72. | On birinci gün Aşerlilərin rəhbəri Okran oğlu Pagiel təqdimlərini gətirdi. |
73. | Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi; |
74. | buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; |
75. | yandırma qurbanı olaraq bir dana, bir qoç, bir erkək toğlu; |
76. | günah qurbanı olaraq bir təkə; |
77. | ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, birillik beş erkək toğlu. Okran oğlu Pagielin gətirdiyi təqdimlər bunlar idi. |
78. | On ikinci gün Naftalililərin rəhbəri Enan oğlu Axira təqdimlərini gətirdi. |
79. | Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş unla dolu idi; |
80. | buxur dolu on şekel ağırlığında bir qızıl nimçə; |
81. | yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu; |
82. | günah qurbanı olaraq bir təkə; |
83. | ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Enan oğlu Axiranın gətirdiyi təqdimlər bunlar idi. |
84. | Qurbangah məsh ediləndə İsrail rəhbərlərinin onun təqdisi üçün gətirdiyi təqdimlər bunlardır: on iki gümüş sini, on iki gümüş ləyən, on iki qızıl nimçə; |
85. | hər gümüş nimçənin ağırlığı yüz otuz şekel və hər ləyənin ağırlığı isə yetmiş şekel idi; bütün gümüş qabların ağırlığı Müqəddəs yerdəki şekelə görə iki min dörd yüz şekel idi; |
86. | buxurla dolu on iki qızıl nimçədən hər birinin ağırlığı Müqəddəs yerdəki şekelə görə on şekel olub. Beləliklə, nimçələrdəki bütün qızılın ağırlığı yüz iyirmi şekel idi; |
87. | yandırma qurbanı olaraq, taxıl təqdimləri ilə birlikdə heyvanların cəmi on iki buğa, on iki qoç, on iki erkək toğlu və günah qurbanı olaraq on iki təkə; |
88. | ünsiyyət qurbanı üçün heyvanların cəmi iyirmi dörd buğa, altmış qoç, altmış təkə, altmış erkək toğlu. Qurbangah məsh ediləndən sonra onun təqdisi üçün verilən təqdimlər bunlar idi. |
89. | Musa Rəbb ilə danışmaq üçün Hüzur çadırına girdiyi zaman Şəhadət sandığında olan kəffarə qapağının üzərindəki iki keruvun arasından ona xitab edən Rəbbin səsini eşidərdi. Rəbb Musa ilə danışardı. |
← Numbers (7/36) → |