← Numbers (26/36) → |
1. | Vəbadan sonra Rəbb Musaya və kahin Harun oğlu Eleazara dedi: |
2. | «Bütün İsrail övladlarının icmasını, ailələrinə görə iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan İsrail övladlarını sayın». |
3. | Musa ilə kahin Eleazar İordan çayı yanında, Yerixo qarşısında Moav düzənliyində onlarla danışıb dedi: |
4. | «Rəbbin Musaya əmr etdiyi kimi iyirmi və ondan yuxarı yaşda olanları siyahıya alın!» Misir torpağından çıxan İsrail övladları bunlardır: |
5. | İsrailin ilk oğlu Ruven, Ruvenlilər bunlardır: Xanok soyundan Xanok nəsli; Pallu soyundan Pallu nəsli; |
6. | Xesron soyundan Xesron nəsli; Karmi soyundan Karmi nəsli. |
7. | Ruvenlilərin nəsilləri bunlardır, sayları 43 730 nəfər idi. |
8. | Palunun oğlu Eliav, |
9. | Eliavın oğulları Nemuel, Datan və Aviram idi. Bunlar o Datanla Aviramdır ki, icma tərəfindən seçildi və Rəbbə üsyan edən Qorahın tərəfdarlarına qoşulub Musa ilə Haruna zidd getdilər. |
10. | Qorahla 250 yoldaşını od yandırıb yox edəndə yer yarıqları onları uddu. Qorahla birlikdə ölənlər başqalarına da bir ibrət oldu. |
11. | Qorahın nəsli isə ölmədi. |
12. | Nəsillərinə görə Şimeonlular bunlardır: Nemuel soyundan Nemuel nəsli; Yamin soyundan Yamin nəsli; Yakin soyundan Yakin nəsli; |
13. | Zerah soyundan Zerah nəsli; Şaul soyundan Şaul nəsli; |
14. | Şimeon nəsilləri bunlardır, sayları 22 200 nəfərdir. |
15. | Nəsillərinə görə Qadlılar bunlardır: Sefon soyundan Sefon nəsli; Haqqi soyundan Haqqi nəsli; Şuni soyundan Şuni nəsli; |
16. | Ozni soyundan Ozni nəsli; Eri soyundan Eri nəsli: |
17. | Arod soyundan Arod nəsli; Areli soyundan Areli nəsli. |
18. | Qad nəsilləri bunlardır, sayları 40 500 nəfərdir. |
19. | Yəhudanın iki oğlu var idi: Er və Onan. Onlar Kənan torpağında öldülər. |
20. | Nəsillərinə görə Yəhudalılar bunlardır: Şela soyundan Şela nəsli; Peres soyundan Peres nəsli; Zerah soyundan Zerah nəsli. |
21. | Peres övladları bunlardır: Xesron soyundan Xesron nəsli; Xamul soyundan Xamul nəsli. |
22. | Yəhuda nəsilləri bunlardır, sayları 76 500 nəfərdir. |
23. | Nəsillərinə görə İssakar övladları bunlardır: Tola soyundan Tola nəsli; Puva soyundan Puva nəsli; |
24. | Yaşuv soyundan Yaşuv nəsli; Şimron soyundan Şimron nəsli. |
25. | İssakar nəsilləri bunlardır, sayları 64 300 nəfərdir. |
26. | Nəsillərinə görə Zevulunlular bunlardır: Sered soyundan Sered nəsli; Elon soyundan Elon nəsli; Yaxleel soyundan Yaxleel nəsli. |
27. | Zevulun nəsilləri bunlardır, sayları 60 500 nəfərdir. |
28. | Nəsillərinə görə Yusifin oğulları: Menaşşe və Efrayim. |
29. | Menaşşe övladları bunlardır: Makir soyundan Makir nəsli, Makir Gileadın atası idi; Gilead soyundan Gilead nəsli; |
30. | Gilead övladları bunlardır: İezer soyundan İezer nəsli; Xeleq soyundan Xeleq nəsli; |
31. | Asriel soyundan Asriel nəsli; Şekem soyundan Şekem nəsli; |
32. | Şemida soyundan Şemida nəsli; Xefer soyundan Xefer nəsli. |
33. | Xefer oğlu Selofxadın oğlu olmadı, amma Maxla, Noa, Xoqla, Milka və Tirsa adında qızları var idi. |
34. | Menaşşe nəsilləri bunlardır, sayları 52 700 nəfərdir. |
35. | Nəsillərinə görə Efrayim övladları bunlardır: Şutelah soyundan Şutelah nəsli; Beker soyundan Beker nəsli; Taxan soyundan Taxan nəsli; |
36. | Şutelah övladları bunlardır: Eran soyundan Eran nəsli. |
37. | Efrayim övladlarının nəsilləri bunlardır, sayları 32 500 nəfərdir. Nəsillərinə görə Yusif övladları bunlardır. |
38. | Nəsillərinə görə Binyaminlilər bunlardır: Bela soyundan Bela nəsli; Aşbel soyundan Aşbel nəsli; Axiram soyundan Axiram nəsli; |
39. | Şufam soyundan Şufam nəsli; Xufam soyundan Xufam nəsli. |
40. | Belanın oğulları Ardla Naaman nəslindən törənənlər bunlardır: Ard soyundan Ard nəsli; Naaman soyundan Naaman nəsli. |
41. | Nəsillərinə görə Binyamin övladları bunlardır, sayları 45 600 nəfərdir. |
42. | Nəsillərinə görə Dan övladları bunlardır: Şuxam soyundan Şuxam nəsli. Bunlar Dan nəslindən törənən nəsillərdir. |
43. | Hamısı Şuxam nəslindəndir, sayları 64 400 nəfərdir. |
44. | Nəsillərinə görə Aşerlilər bunlardır: İmna soyundan İmna nəsli; İşvi soyundan İşvi nəsli; Beria soyundan Beria nəsli. |
45. | Beria övladları bunlardır: Xever soyundan Xever nəsli; Malkiel soyundan Malkiel nəsli. |
46. | Aşerin Serah adında bir qızı var idi. |
47. | Aşer övladları bunlardır, sayı 53 400 nəfərdir. |
48. | Nəsillərinə görə Naftali övladları bunlardır: Yaxseel soyundan Yaxseel nəsli; Quni soyundan Quni nəsli; |
49. | Yeser soyundan Yeser nəsli; Şillem soyundan Şillem nəsli. |
50. | Naftali nəsilləri bunlardır, sayları 45 400 nəfərdir. |
51. | Sayılan İsrail övladlarının cəmi 601 730 kişi idi. |
52. | Rəbb Musaya belə dedi: |
53. | «Adamların sayına görə ölkə bunlara irs olaraq bölünsün. |
54. | Sayı çox olana böyük, sayı az olana az pay verəcəksən. Siyahıya yazılanların sayına görə hər birinə düşən pay verilsin. |
55. | Ancaq torpaq püşklə bölünsün. Hər kəsin payı atalarının aid olduğu qəbilələrin adına görə olacaq. |
56. | Kiçik ya böyük – hər qəbilənin payı püşklə bölünsün». |
57. | Nəsillərinə görə sayılan Levililər bunlardır: Gerşon soyundan Gerşon nəsli; Qohat soyundan Qohat nəsli; Merari soyundan Merari nəsli. |
58. | Bunlar da Levi nəsilləridir: Livni nəsli, Xevron nəsli, Maxli nəsli, Muşi nəsli, Qorah nəsli. Qohat Amramın atası idi. |
59. | Amramın arvadının adı Yokeved idi. O, Misirdə Levi nəslindən doğulmuşdu. Amramdan Harun, Musa və bacıları Məryəm doğuldu. |
60. | Harunun Nadav, Avihu, Eleazar, İtamar adlı uşaqları oldu. |
61. | Nadavla Avihu Rəbbin önündə haram od təqdim edərkən öldülər. |
62. | Levililərdən sayılan bir aylıq və ondan yuxarı yaşda bütün kişi cinsindən olanlar 23 000 nəfər idi. Bunlar o biri İsrail övladları ilə birlikdə siyahıya alınmışdı. Çünki İsrail övladları arasında onlara miras verilməmişdi. |
63. | İsrail övladlarının siyahısı İordan çayının yanında, Yerixo qarşısındakı Moav düzənliyində Musa və kahin Eleazar tərəfindən tutuldu. |
64. | Amma Musa ilə kahin Harunun Sina səhrasında saydığı İsrail övladlarından heç kim bu siyahıda olmadı. |
65. | Ona görə ki Rəbb o vaxt siyahıya alınan İsrail övladlarının səhrada öləcəyini qətiyyətlə söyləmişdi. Onlardan Yefunne oğlu Kalevlə Nun oğlu Yeşuadan başqa kimsə sağ qalmamışdı. |
← Numbers (26/36) → |