← Numbers (10/36) → |
1. | Rəbb Musaya belə dedi: |
2. | «Özünə yastılanmış gümüşdən iki kərənay düzəlt. Bunları icmanı çağırmaq və düşərgədəkilərin köçməsi üçün işlət. |
3. | İki kərənay birdən çalınarsa, bütün icma sənin yanına, Hüzur çadırının girişinə toplansın. |
4. | Əgər tək biri çalınarsa, rəhbərlər, İsrailin tayfa başçıları sənin yanına toplansınlar. |
5. | Yüksək səslə çalınanda şərqi düşərgədəkilər yola düşsünlər. |
6. | Yenə də yüksək səslə çalınanda cənubi düşərgədəkilər yola düşsünlər. Onları yola salmaq üçün yüksək səslə çalınsın. |
7. | Camaatı toplamaq lazım olanda çalın, amma yüksək səslə çalmayın. |
8. | Kərənayları Harun oğulları olan kahinlər çalsınlar. Bu, nəsildən-nəslə sizin üçün əbədi qayda olsun. |
9. | Sizi torpağınızda sıxışdıran düşmənə qarşı döyüşə çıxanda kərənayları yüksək səslə çalın ki, Allahınız Rəbbin yadına düşüb düşmənlərinizdən xilas olasınız. |
10. | Şad gününüzdə, bayramlarınızda və Təzə Ay mərasimində yandırma qurbanlarınızı və ünsiyyət qurbanınızı verərkən kərənay çalın; Allahınızın qarşısında bu sizin üçün bir xatirə olsun. Allahınız Rəbb Mənəm». |
11. | İkinci ilin ikinci ayında, ayın iyirminci günündə Şəhadət məskəninin üzərindən bulud çəkildi. |
12. | İsrail övladları köçlərinə görə Sina səhrasından yola düşdülər. Bulud Paran səhrasında dayandı. |
13. | İlk dəfə olaraq Musa vasitəsilə Rəbbin əmrinə görə yola düşdülər. |
14. | Öncə Yəhuda ordu dəstələri öz bayraqları altında yola düşdülər. Bu orduya Amminadav oğlu Naxşon rəhbərlik edirdi. |
15. | İssakar qəbiləsinin ordusuna Suar oğlu Netanel rəhbərlik edirdi. |
16. | Zevulun qəbiləsinin ordusuna isə Xelon oğlu Eliav rəhbərlik edirdi. |
17. | Məskən söküləndə məskəni daşıyan Gerşon övladları və Merari övladları yola düşdülər. |
18. | Ruven ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Şedeur oğlu Elisur rəhbərlik edirdi. |
19. | Şimeon qəbiləsinin ordusuna Surişadday oğlu Şelumiel rəhbərlik edirdi. |
20. | Qad qəbiləsinin ordusuna Deuel oğlu Elyasaf rəhbərlik edirdi. |
21. | Müqəddəs əşyaları daşıyan Qohatlılar yola düşdülər; onlar gələnədək o birilər məskəni qurardılar. |
22. | Efrayim ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Ammihud oğlu Elişama rəhbərlik edirdi. |
23. | Menaşşe qəbiləsinin ordusuna Pedahsur oğlu Qamliel rəhbərlik edirdi. |
24. | Binyamin qəbiləsinin ordusuna isə Gidoni oğlu Avidan rəhbərlik edirdi. |
25. | Ən axırda isə Dan ordu dəstələri öz bayraqları altında yola düşdülər. Bu orduya Ammişadday oğlu Axiezer rəhbərlik edirdi. |
26. | Aşer qəbiləsinin ordusuna Okran oğlu Pagiel, |
27. | Naftali qəbiləsinin ordusuna Enan oğlu Axira rəhbərlik edirdi. |
28. | İsrail ordu dəstələri bu nizamla yola düşərdilər. |
29. | Musa qayınatası Midyanlı Reuel oğlu Xovava dedi: «Rəbbin “sizə verəcəyəm” dediyi yerə yola düşürük, bizimlə gəl, biz sənə yaxşılıq edərik. Çünki Rəbb İsrailə yaxşılıq edəcəyinə söz verib». |
30. | Xovav ona dedi: «Gedə bilmərəm. Mən öz torpağıma və qohum-əqrəbamın yanına gedəcəyəm». |
31. | Musa dedi: «Xahiş edirəm, bizi tərk etmə, çünki səhrada düşərgə salacağımız yerləri sən bilirsən. Bizə bələdçilik et. |
32. | Bizimlə getsən, Rəbbin bizə edəcəyi yaxşılığı biz də sənə edərik». |
33. | İsrail övladları Rəbbin dağından ayrılıb üç gün yol getdilər. Rəbbin Əhd sandığı da üç gün onların önündə getdi ki, dincələcəkləri yeri onlara göstərsin. |
34. | Düşərgə saldıqları yerdən yola düşdükləri vaxt Rəbbin buludu gündüz onların üzərində idi. |
35. | Sandıq yola düşəndə Musa deyirdi: «Ya Rəbb qalx! Qoy düşmənlərin dağılsın, Sənə nifrət edənlər Sənin hüzurundan qaçsın». |
36. | Sandıq dayananda belə deyirdi: «Ya Rəbb, İsrail tayfalarının on minlərinin yanına qayıt». |
← Numbers (10/36) → |