← Nehemiah (7/13) → |
1. | Divar tikilib qurtaranda və mən qapı taylarını vuranda məbəd qapıçıları, ilahiçilər və Levililər təyin olundu. |
2. | Qardaşım Xananini və qala rəisi Xananyanı Yerusəlimə məmur təyin etdim. Çünki Xanani çoxlarından sadiq və Allahdan qorxan adam idi. |
3. | Mən onlara dedim: «Gün qızana qədər Yerusəlimin darvazaları açılmasın. Qapıçılar oyaq olduğu müddət qapıları bağlayıb qıfıllayın. Yerusəlimdə yaşayanlardan da keşikçi təyin edin, qoy hamı öz evinin qabağında keşik çəksin». |
4. | Şəhər geniş və böyük idi, lakin içində adam az idi. Evlər hələ tikilməmişdi. |
5. | Allahım ürəyimə fikir göndərdi ki, əyanları, hökumət məmurlarını və habelə xalqı yığıb siyahıya alım. Mən ilk qayıdanların nəsil şəcərələrinin siyahısını əldə edib, içində belə bir yazı tapdım: |
6. | Babil padşahı Navuxodonosorun əsir aldığı adamlar yaşadıqları vilayətdən Yerusəlimə və Yəhudadakı öz şəhərlərinə qayıtdı. |
7. | Bunlar Zerubbabil, Yeşua, Nehemya, Azarya, Raamya, Naxamani, Mordokay, Bilşan, Misperet, Biqvay, Nexum və Baananın başçılığı ilə gəldi. Sürgündən qayıdan İsraillilərin sayı: |
8. | Paroş övladları – 2172 nəfər; |
9. | Şefatya övladları – 372 nəfər; |
10. | Arah övladları – 652 nəfər; |
11. | Yeşua və Yoav nəslindən Paxat-Moav övladları – 2818 nəfər; |
12. | Elam övladları – 1254 nəfər; |
13. | Zattu övladları – 845 nəfər; |
14. | Zakkay övladları – 760 nəfər; |
15. | Binnuy övladları – 648 nəfər; |
16. | Bevay övladları – 628 nəfər; |
17. | Azqad övladları – 2322 nəfər; |
18. | Adoniqam övladları – 667 nəfər; |
19. | Biqvay övladları – 2067 nəfər; |
20. | Adin övladları – 655 nəfər; |
21. | Ater, yəni Xizqiya övladları – 98 nəfər; |
22. | Xaşum övladları – 328 nəfər; |
23. | Besay övladları – 324 nəfər; |
24. | Xarif övladları – 112 nəfər; |
25. | Giveon övladları – 95 nəfər; |
26. | Bet-Lexem və Netofa sakinləri – 188 nəfər; |
27. | Anatot sakinləri – 128 nəfər; |
28. | Bet-Azmavet sakinləri – 42 nəfər; |
29. | Qiryat-Yearim, Kefira və Beerot sakinləri – 743 nəfər; |
30. | Rama və Geva sakinləri – 621 nəfər; |
31. | Mikmas sakinləri – 122 nəfər; |
32. | Bet-El və Ay sakinləri – 123 nəfər; |
33. | Digər Nevo sakinləri – 52 nəfər; |
34. | Digər Elam övladları – 1254 nəfər; |
35. | Xarim övladları – 320 nəfər; |
36. | Yerixo övladları – 345 nəfər; |
37. | Lod, Xadid və Ono övladları – 721 nəfər; |
38. | Senaa övladları – 3930 nəfər. |
39. | Kahinlər: Yeşua nəslindən Yedaya övladları – 973 nəfər; |
40. | İmmer övladları – 1052 nəfər; |
41. | Paşxur övladları – 1247 nəfər; |
42. | Xarim övladları – 1017 nəfər. |
43. | Levililər: Hodavya nəslindən Yeşua ilə Qadmiel övladları – 74 nəfər. |
44. | İlahiçilər: Asəf övladları – 148 nəfər. |
45. | Məbəd qapıçıları: Şallum övladları, Ater övladları, Talmon övladları, Aqquv övladları, Xatita övladları, Şovay övladları – 138 nəfər. |
46. | Məbəd qulluqçuları: Sixa övladları, Xasufa övladları, Tabbaot övladları, |
47. | Qeros övladları, Siya övladları, Padon övladları, |
48. | Levana övladları, Xaqava övladları, Şalmay övladları, |
49. | Xanan övladları, Giddel övladları, Qaxar övladları, |
50. | Reaya övladları, Resin övladları, Neqoda övladları, |
51. | Qazzam övladları, Uzza övladları, Paseah övladları, |
52. | Besay övladları, Meunim övladları, Nefuşsim övladları, |
53. | Baqbuq övladları, Xaqufa övladları, Xarxur övladları, |
54. | Baslit övladları, Mexida övladları, Xarşa övladları, |
55. | Barqos övladları, Sisra övladları, Tamax övladları, |
56. | Nesiah övladları, Xatifa övladları. |
57. | Süleymanın əyanlarının nəslindən: Sotay övladları, Soferet övladları, Perida övladları, |
58. | Yaala övladları, Darqon övladları, Giddel övladları, |
59. | Şefatya övladları, Xattil övladları, Pokeret-Hassevayim övladları, Amon övladları. |
60. | Məbəd qulluqçuları ilə Süleymanın əyanlarının övladları – cəmi 392 nəfər. |
61. | Tel-Melahdan, Tel-Xarşadan, Keruvdan, Addondan, İmmerdən qayıdan, ancaq ailələrinin və nəsillərinin İsrail övladlarından olduğunu sübut edə bilməyənlər bunlardır: |
62. | Delaya övladları, Toviya övladları, Neqoda övladları – 642 nəfər. |
63. | Kahinlərdən: Xovaya övladları, Haqqos övladları, Gileadlı Barzillayın qızlarından arvad alıb qayınatasının adını götürən Barzillay övladları. |
64. | Bunlar nəsil şəcərəsini axtardılar, lakin öz adlarını tapa bilmədilər və buna görə murdar sayılaraq kahinlikdən çıxarıldılar. |
65. | Yəhudi valisi onlara əmr edib belə dedi: «Urim və Tummimi işlədən bir kahin olmayınca onlar ən müqəddəs yeməklərdən yeməsin». |
66. | 7337 nəfər kölə və kənizlərdən başqa, |
67. | bütün camaat birlikdə 42 360 nəfər idi. Onların kişi və qadınlardan ibarət 245 ilahiçisi var idi. |
68. | Bu adamların 736 atı və 245 qatırı, |
69. | 435 dəvəsi, 6720 eşşəyi var idi. |
70. | Nəsil başçılarının bəziləri işin görülməsi üçün könüllü ianələr verdilər. Vali xəzinəyə 1000 darik qızıl, 50 ləyən, 530 kahin cübbəsi verdi. |
71. | Nəsil başçılarından bəziləri iş üçün xəzinəyə 20 000 darik qızıl və 2200 mina gümüş verdilər. |
72. | Xalqın sağ qalanlarının verdikləri 20 000 darik qızıl, 2000 mina gümüş, 67 kahin cübbəsi idi. |
73. | Kahinlərlə Levililər, qapıçılarla ilahiçilər, xalqın bəzisi, məbəd qulluqçuları və bütün İsraillilər öz şəhərlərində yerləşdilər. Yeddinci ay çatanda artıq İsraillilər öz şəhərlərində idi. |
← Nehemiah (7/13) → |