← Nehemiah (11/13) → |
1. | Xalqın rəisləri Yerusəlimdə yerləşdi. Xalqın yerdə qalanı isə püşk atdı ki, hər on nəfərindən biri müqəddəs Yerusəlim şəhərinə yaşamağa getsin, doqquzu isə o biri şəhərlərdə yaşasın. |
2. | Yerusəlimdə könüllü yaşamağa gedənlərin hamısına xalq xeyir-dua verdi. |
3. | Yerusəlimdə yerləşən vilayət başçıları bunlardır. Ancaq bəzi İsraillilər, kahinlər, Levililər, məbəd qulluqçuları və Süleymanın əyanlarının oğulları Yəhuda şəhərlərində, hər kəs öz şəhərindəki mülkündə yerləşdi. |
4. | Binyamin övladlarından və Yəhuda övladlarından bəziləri isə Yerusəlimdə məskunlaşdı. Yəhuda övladları: Peres nəslindən Mahalalel oğlu Şefatya oğlu Amarya oğlu Zəkəriyyə oğlu Uzziya oğlu Ataya, |
5. | Şilolu Zəkəriyyə oğlu Yoyariv oğlu Adaya oğlu Xazaya oğlu Qal-Xoze oğlu Baruk oğlu Maaseya. |
6. | Peres övladlarından Yerusəlimdə yerləşən 468 nəfər igid adam idi. |
7. | Binyamin övladları bunlardır: Yeşaya oğlu Yetiel oğlu Maaseya oğlu Qolaya oğlu Pedaya oğlu Yoed oğlu Meşullam oğlu Sallu və |
8. | ondan sonra Qabbay, Sallay – 928 nəfər. |
9. | Zikri oğlu Yoel onların rəhbəri idi, Hassenua oğlu Yəhuda isə şəhərin vali müavini idi. |
10. | Kahinlərdən: Yoyariv oğlu Yedaya, Yakin, |
11. | Axituv oğlu Merayot oğlu Sadoq oğlu Meşullam oğlu Xilqiya oğlu Allah evinin başçısı Seraya və |
12. | məbəddə iş görən soydaşları – 822 nəfər; Malkiya oğlu Paşxur oğlu Zəkəriyyə oğlu Amsi oğlu Pelalya oğlu Yeroxam oğlu Adaya və |
13. | onun nəsil başçısı olan soydaşları – 242 nəfər; İmmer oğlu Meşillemot oğlu Axzay oğlu Azarel oğlu Amaşsay və |
14. | onun soydaşları – 128 nəfər igid döyüşçü. Haqqedolim oğlu Zavdiel onların rəhbəri idi. |
15. | Levililərdən: Bunni oğlu Xaşavya oğlu Azriqam oğlu Xaşşuv oğlu Şemaya. |
16. | Levililərin başçılarından Şabbetay və Yozavad Allah evinin bayır işlərini idarə edirdilər. |
17. | Asəf oğlu Zavdi oğlu Mikeya oğlu Mattanya şükür duasını oxuyan məbəd ilahiçilərinin dəstə rəhbəri və soydaşlarından Baqbuqya onun müavini idi. Yedutun oğlu Qalal oğlu Şammua oğlu Avda da var idi. |
18. | Müqəddəs şəhərdə yaşayan bütün Levililər 284 nəfər idi. |
19. | Məbəd qapıçıları Aqquv, Talmon ilə qardaşları darvazalarda keşik çəkənlər, 172 nəfər idi. |
20. | İsraillilərin, kahinlərin, Levililərin yerdə qalanları bütün Yəhuda şəhərlərində yaşayırdı. Hər kəs öz mülkündə yaşayırdı. |
21. | Məbəd qulluqçuları isə Ofeldə qalırdı. Sixa və Gişpa onlara rəhbərlik edirdi. |
22. | Allahın evindəki ibadətdə ilahilər oxuyan Asəf övladlarından Mikeya oğlu Mattanya oğlu Xaşavya oğlu Bani oğlu Uzzi Yerusəlimdə Levililərin rəhbəri idi. |
23. | Bu ilahiçilər padşahın fərmanına tabe idi və hər gün vəzifələrini müəyyən edən qaydaları yerinə yetirirdi. |
24. | Yəhuda oğlu Zerah övladlarından Meşezavel oğlu Petahya İsrail xalqının ümumi işlərində Fars padşahına kömək edirdi. |
25. | Kəndlərə və tarlalarına gəlincə, Yəhuda övladlarından bəziləri Qiryat-Arba ilə qəsəbələrində, Divon ilə qəsəbələrində, Yeqqavseel ilə kəndlərində, |
26. | Yeşuada, Moladada, Bet-Peletdə, |
27. | Xasar-Şualda və Beer-Şeva ilə qəsəbələrində, |
28. | Ziqlaqda, Mekona ilə qəsəbələrində, |
29. | En-Rimmonda, Sorada, Yarmutda, |
30. | Zanoahda, Adullam ilə kəndlərində, Lakiş ilə tarlalarında, Azeqa ilə qəsəbələrində qaldılar. Yaşadıqları məntəqə Beer-Şevadan Hinnom dərəsinə qədər idi. |
31. | Binyamin övladları Gevadan başlayaraq Mikmas ilə Ayyada, Bet-El ilə qəsəbələrində, |
32. | Anatot, Nov, Ananya, |
33. | Xasor, Rama, Gittayim, |
34. | Xadid, Sevoim, Nevallat, |
35. | Lod, Ono və Sənətkarlar dərəsində məskən saldılar. |
36. | Yəhudadakı Levililərin bəzi bölmələri Binyamin ərazisi üçün ayrıldı. |
← Nehemiah (11/13) → |