← Joshua (15/24) → |
1. | Nəsillərinə görə Yəhuda övladları qəbiləsinin irs torpağı Edom sərhədinə, cənuba doğru və oranın ən cənubunda yerləşən Zin səhrasına qədər idi. |
2. | Onların cənub sərhədi Duz dənizi qurtaran yerdən – cənubda yerləşən körfəzdən başlayırdı. |
3. | Aqrabbim keçidinin cənubundan keçib Zinə çatırdı və oradan Qadeş-Barneanın cənubundan qalxaraq Xesrona çatırdı. Buradan Addara qalxıb Qarqaya dönürdü. |
4. | Sonra isə Asmonadan keçib Misir vadisinə çıxırdı və bu sərhədin sonu dənizdə qurtarırdı. Rəbb demişdi ki, cənub sərhədiniz bura olacaq. |
5. | Şərq sərhədi İordan çayının mənsəbindən Duz dənizi boyunca idi. Şimal tərəfdən isə bu sərhəd İordan çayının mənsəbində yerləşən su körfəzindən başlayırdı. |
6. | Sonra bu sərhəd Bet-Xoqlaya qalxaraq Bet-Aravanın şimalından keçirdi və Ruven oğlu Bohanın qayasına çatırdı. |
7. | Sonra isə Akor dərəsindən Devirə çıxıb oranın cənubundakı Adummim yoxuşu qarşısında olan Qilqala doğru, şimala yönəlirdi. Buradan isə En-Şemeş sularına keçirdi və onun sonu En-Rogeldə qurtarırdı. |
8. | Sonra sərhəd Ben-Hinnom dərəsindən cənuba doğru Yevusluların şəhərinin, yəni Yerusəlimin arxasından keçib buradan Refaim vadisinin şimal qütbündə olan Hinnom dərəsinin qərbindəki dağın təpəsinə qalxırdı. |
9. | Bu dağın təpəsindən isə Neftoah sularının mənbəyinə doğru uzanıb Efron dağındakı şəhərlərə çıxır və oradan Baalaya, yəni Qiryat-Yearimə tərəf uzanırdı. |
10. | Baaladan qərbə doğru, Seir dağına qədər dönəndən sonra Yearim dağının, yəni Kesalonun şimal tərəfindən keçib Bet-Şemeşə enərək Timnaya çatırdı. |
11. | Sonra isə Eqronun yanından şimala doğru çıxaraq Şikkerona uzanıb Baala dağına keçərək Yavneelə qalxırdı. Burada sərhədin sonu dənizdə qurtarırdı. |
12. | Böyük dənizin sahili qərb sərhədi idi. Nəsillərinə görə Yəhuda övladlarına verilən torpağın sərhədi belə idi. |
13. | Rəbbin əmrinə görə Yeşua Yəhudalıların torpağında olan Qiryat-Arbanı, yəni Xevronu irs olaraq Yefunne oğlu Kalevə verdi. Arba Anaqın atası idi. |
14. | Kalev Anaq oğullarından Anaqın üç oğlu Şeşayı, Aximanı və Talmayı oradan qovdu. |
15. | Bundan sonra Devir əhalisinə qarşı çıxdı. Devirin əvvəlki adı Qiryat-Sefer idi. |
16. | Kalev dedi: «Kim Qiryat-Seferliləri qırıb oranı alarsa, qızım Aksanı ona ərə verəcəyəm». |
17. | Oranı Kalevin qardaşı Kenazın oğlu Otniel aldı. Kalev də qızı Aksanı ona ərə verdi. |
18. | Aksa ona ərə gedəndə ərini atasından bir tarla istəməyə sövq etdirdi. Qız eşşəyindən düşəndə Kalev ona dedi: «Nə istəyirsən?» |
19. | Aksa dedi: «Mənə bir pay da ver. Madam ki Negev torpağını mənə verdin, onda su qaynaqlarını da mənə ver». Kalev ona yuxarıdakı və aşağıdakı su qaynaqlarını verdi. |
20. | Nəsillərinə görə Yəhuda övladlarının qəbiləsinin irs torpağı budur: |
21. | Yəhuda övladları qəbiləsinin Edom sərhədinə doğru ən cənubda yerləşən şəhərləri bunlardır: Qavseel, Eder, Yaqur, |
22. | Qina, Dimona, Adada, |
23. | Qedeş, Xasor, İtnan, |
24. | Zif, Telem, Bealot, |
25. | Xasor-Xadatta, Qeriyot-Xesron, yəni Xasor |
26. | Amam, Şema, Molada, |
27. | Xasar-Qadda, Xeşmon, Bet-Pelet, |
28. | Xasar-Şual, Beer-Şeva, Bizyotya, |
29. | Baala, İyim, Esem, |
30. | Eltolad, Kesil, Xorma, |
31. | Ziqlaq, Madmanna, Sansanna, |
32. | Levaot, Şilxim, Ayin və Rimmon. Bu şəhərlərin hamısı kəndləri ilə birlikdə iyirmi doqquz şəhər idi. |
33. | Yamaclı-düzənlikli bölgədə yerləşən şəhərlər isə bunlardır: Eştaol, Sora, Aşna, |
34. | Zanoah, En-Qannim, Tappuah, Enam, |
35. | Yarmut, Adullam, Soko, Azeqa, |
36. | Şaarayim, Aditayim, Gedera və Gederotayim. Bunlar da kəndləri ilə birlikdə on dörd şəhər idi. |
37. | Senan, Xadaşa, Miqdal-Qad, |
38. | Dilan, Mispe, Yoqteel, |
39. | Lakiş, Bosqat, Eqlon, |
40. | Kabbon, Laxmas, Kitliş, |
41. | Gederot, Bet-Daqon, Naama və Maqqeda. Bunlar da kəndləri ilə birlikdə on altı şəhər idi. |
42. | Livna, Eter, Aşan, |
43. | İftah, Aşna, Nesiv, |
44. | Qeila, Akziv və Mareşa. Bunlar da kəndləri ilə birlikdə doqquz şəhər idi. |
45. | Qəsəbələri və kəndləri ilə birlikdə Eqron, |
46. | Eqrondan dənizə qədər kəndləri ilə birlikdə bütün Aşdod ətrafında yerləşənlər, |
47. | Aşdod və onun qəsəbələri ilə kəndləri, Misir vadisinə və Böyük dənizin sahilinə qədər olan Qəzzə və onun qəsəbələri ilə kəndləri. |
48. | Dağlıq bölgəsində yerləşən şəhərlər isə bunlardır: Şamir, Yattir, Soko, |
49. | Danna, Qiryat-Sanna, yəni Devir, |
50. | Anav, Eştemo, Anim, |
51. | Qoşen, Xolon və Gilo. Bunlar da kəndləri ilə birlikdə on bir şəhər idi. |
52. | Arav, Ruma, Eşan, |
53. | Yanim, Bet-Tappuah, Afeqa, |
54. | Xumta, Qiryat-Arba, yəni Xevron, Sior. Bunlar da kəndləri ilə birlikdə doqquz şəhər idi. |
55. | Maon, Karmel, Zif, Yutta, |
56. | İzreel, Yoqdeam, Zanoah, |
57. | Qayin, Givea, Timna. Bunlar da kəndləri ilə birlikdə on şəhər idi. |
58. | Xalxul, Bet-Sur, Qedor, |
59. | Maarat, Bet-Anot, Elteqon. Bunlar da kəndləri ilə birlikdə altı şəhər idi. |
60. | Qiryat-Baal, yəni Qiryat-Yearim, Rabba. Bunlar da kəndləri ilə birlikdə iki şəhər idi. |
61. | Çöllükdə yerləşən şəhərlər isə bunlardır: Bet-Arava, Middin, Sekaka, |
62. | Nivşan, Duz şəhəri, En-Gedi. Bunlar da kəndləri ilə birlikdə altı şəhər idi. |
63. | Yəhuda övladları Yerusəlimdə yaşayan Yevusluları qova bilmədilər və Yevuslular bu günə qədər Yəhuda övladları ilə birlikdə Yerusəlimdə yaşayır. |
← Joshua (15/24) → |