← Joshua (12/24) → |
1. | İsrail övladları bu padşahları öldürdülər və onların torpaqlarını – İordan çayının şərqindəki bütün Arava ilə Arnon vadisindən Xermon dağına qədər olan yeri zəbt edib özlərinə mülk etdilər. |
2. | Xeşbonda yaşayan Emorluların padşahı Sixon bu torpaqlarda hökmranlıq etmişdi: Arnon vadisi sahilindəki Aroerdən və vadinin ortasındakı Ammonluların sərhədi olan Yabboq çayına qədər Gileadın yarısı, |
3. | şərqə tərəf Kinneret gölündən Arava dənizinə, yəni Duz dənizinə qədər, şərqdə Bet-Yeşimot istiqamətinə və cənuba tərəf Pisqa yamaclarının ətəklərinə qədər Arava torpağı idi. |
4. | Sağ qalan Rafalılardan biri olan Başan padşahı Oq Aştarotda və Edreidə hökmranlıq edirdi. |
5. | O, Xermon dağında, Sakada, Geşurlular və Maakatlılar sərhədinə qədər bütün Başanda, Xeşbon padşahı Sixonun sərhədinə qədər Gileadın yarısında hökmranlıq edirdi. |
6. | Rəbbin qulu Musa və İsrail övladları onları öldürdülər. Sonra Rəbbin qulu Musa onların torpaqlarını irs olaraq Ruvenlilərə, Qadlılara, Menaşşe qəbiləsinin yarısına verdi. |
7. | Livan vadisində olan Baal-Qaddan Seirə çıxan Xalaq dağına qədər İordan çayının qərb tərəfində olan torpaqlarda Yeşua ilə İsrail övladlarının öldürdükləri padşahlar bunlardır: |
8. | Yeşua dağlıq bölgədə, yamaclı-düzənlikli bölgədə, Aravada, yamaclarda, çöldə, Negevdə yerləşən bu torpaqları, yəni Xetlilər, Emorlular, Kənanlılar, Perizlilər, Xivlilər və Yevuslular ölkəsini, İsrail qəbilələrinə torpaq payı kimi mülk olaraq verdi. |
9. | Yerixo padşahı; Bet-Elin yanındakı Ay şəhərinin padşahı; |
10. | Yerusəlim padşahı; Xevron padşahı; |
11. | Yarmut padşahı; Lakiş padşahı; |
12. | Eqlon padşahı; Gezer padşahı; |
13. | Devir padşahı; Geder padşahı; |
14. | Xorma padşahı; Arad padşahı; |
15. | Livna padşahı; Adullam padşahı; |
16. | Maqqeda padşahı; Bet-El padşahı; |
17. | Tappuah padşahı; Xefer padşahı; |
18. | Afeq padşahı; Laşşaron padşahı; |
19. | Madon padşahı; Xasor padşahı; |
20. | Şimron-Meron padşahı; Akşaf padşahı; |
21. | Taanak padşahı; Megiddo padşahı; |
22. | Qedeş padşahı; Karmeldəki Yoqneam padşahı; |
23. | Nafot-Dordakı Dor padşahı; Qilqaldakı Qoyim padşahı; |
24. | Tirsa padşahı. Bütün padşahlar cəmi 31 nəfər idi. |
← Joshua (12/24) → |