← Hosea (12/14) → |
1. | Efrayim yellə bəslənir, Bütün gün şərq küləyinin dalınca düşür. Yalanı, qoluzorluluğu artırır. Aşşurla saziş bağlayır, Misirə zeytun yağı göndərir. |
2. | Yəhuda ilə Rəbbin davası var, Yaqubu getdiyi yola görə cəzalandıracaq, Əməllərinə görə əvəz verəcək. |
3. | O hələ ana bətnində ikən Qardaşının topuğundan tutdu, Böyüklük çağında Allahla güləşdi. |
4. | Mələklə güləşib ona üstün gəldi, Ağlayaraq Ondan xeyirxahlıq istədi. Allah onu Bet-Eldə tapdı. |
5. | Ordular Allahı Rəbb Bizimlə orada danışdı. O, «Rəbb» deyə anılır. |
6. | Buna görə də sən Allahına üz tut, Məhəbbətə, ədalətə bağlan, Daim Allahına ümid bağla. |
7. | Efrayim tacirdir, Əlindəki aldadıcı tərəzi ilə Aldatmağı sevir. |
8. | Efrayim deyir: «Doğrudan da, mən varlandım, Özüm üçün sərvət topladım. Çoxlu şeylər qazansam da, Məndə günah sayılacaq bir təqsir tapılmayacaq». |
9. | «Ancaq səni Misir torpağından çıxaran Allahın Rəbb Mənəm. Bayram günlərində olduğu kimi Səni yenə öz çadırlarında məskunlaşdıracağam. |
10. | Mən peyğəmbərlərlə danışdım, Çoxlu görüntü göndərdim, Peyğəmbərlərin dilindən məsəllər söylədim». |
11. | Gilead xalqı pis xalqdır, Doğrudan da, yaramazdır. Qilqalda buğaları qurban kəsirlər. Onların qurbangahları Şumlanmış tarladakı daş qalaqları kimidir. |
12. | Yaqub Aram torpağına qaçdı, İsrail arvad üçün qul oldu, Arvada görə qoyun otardı. |
13. | Rəbb İsraili bir peyğəmbər vasitəsilə Misirdən çıxartdı, Bir peyğəmbər vasitəsilə qorudu. |
14. | Efrayim Allahı bərk qəzəbləndirdi, Tökdüyü qanı öz başına gətirəcək, Xudavənd onun rüsvayçılığını özünə qaytaracaq. |
← Hosea (12/14) → |