← Ezra (2/10) → |
1. | Babil padşahı Navuxodonosorun Babilə apardığı əsirlər yaşadıqları vilayətdən Yerusəlimə və Yəhudadakı öz şəhərlərinə qayıtdılar. |
2. | Onlar Zerubbabil, Yeşua, Nehemya, Seraya, Reelaya, Mordokay, Bilşan, Mispar, Biqvay, Rexum, Baananın başçılığı ilə gəldilər. Sürgündən qayıdan İsraillilərin sayı: |
3. | Paroş övladları – 2172 nəfər; |
4. | Şefatya övladları – 372 nəfər; |
5. | Arah övladları – 775 nəfər; |
6. | Yeşua və Yoav nəslindən Paxat-Moav övladları – 2812 nəfər; |
7. | Elam övladları – 1254 nəfər; |
8. | Zattu övladları – 945 nəfər; |
9. | Zakkay övladları – 760 nəfər; |
10. | Bani övladları – 642 nəfər; |
11. | Bevay övladları – 623 nəfər; |
12. | Azqad övladları – 1222 nəfər; |
13. | Adoniqam övladları – 666 nəfər; |
14. | Biqvay övladları – 2056 nəfər; |
15. | Adin övladları – 454 nəfər; |
16. | Ater, yəni Xizqiya övladları – 98 nəfər; |
17. | Besay övladları – 323 nəfər; |
18. | Yora övladları – 112 nəfər; |
19. | Xaşum övladları – 223 nəfər; |
20. | Gibbar övladları – 95 nəfər; |
21. | Bet-Lexem övladları – 123 nəfər; |
22. | Netofa sakinləri – 56 nəfər; |
23. | Anatot sakinləri – 128 nəfər; |
24. | Azmavet övladları – 42 nəfər; |
25. | Qiryat-Arim, Kefira və Beerot övladları – 743 nəfər; |
26. | Rama və Geva övladları – 621 nəfər; |
27. | Mikmas sakinləri – 122 nəfər; |
28. | Bet-El və Ay sakinləri – 223 nəfər; |
29. | Nevo övladları – 52 nəfər; |
30. | Maqbiş övladları – 156 nəfər; |
31. | Digər Elam övladları – 1254 nəfər; |
32. | Xarim övladları – 320 nəfər; |
33. | Lod, Xadid və Ono övladları – 725 nəfər; |
34. | Yerixo övladları – 345 nəfər; |
35. | Senaa övladları – 3630 nəfər. |
36. | Kahinlər: Yeşua nəslindən Yedaya övladları – 973 nəfər; |
37. | İmmer övladları – 1052 nəfər; |
38. | Paşxur övladları – 1247 nəfər; |
39. | Xarim övladları – 1017 nəfər. |
40. | Levililər: Hodavya nəslindən yaranan Yeşua və Qadmiel övladları – 74 nəfər. |
41. | İlahiçilər: Asəf övladları – 128 nəfər. |
42. | Məbəd qapıçıları: Şallum övladları, Ater övladları, Talmon övladları, Aqquv övladları, Xatita övladları və Şovay övladları ilə birlikdə 139 nəfər. |
43. | Məbəd qulluqçuları: Sixa övladları, Xasufa övladları, Tabbaot övladları, |
44. | Qeros övladları, Siaha övladları, Padon övladları, |
45. | Levana övladları, Xaqava övladları, Aqquv övladları, |
46. | Xaqav övladları, Şamlay övladları, Xanan övladları, |
47. | Giddel övladları, Qaxar övladları, Reaya övladları, |
48. | Resin övladları, Neqoda övladları, Qazzam övladları, |
49. | Uzza övladları, Paseah övladları, Besay övladları, |
50. | Asna övladları, Meunim övladları, Nefusim övladları, |
51. | Baqbuq övladları, Xaqufa övladları, Xarxur övladları, |
52. | Baslut övladları, Mexida övladları, Xarşa övladları, |
53. | Barqos övladları, Sisra övladları, Tamax övladları, |
54. | Nesiah övladları, Xatifa övladları. |
55. | Süleymanın əyanlarının nəslindən: Sotay övladları, Hassoferet övladları, Peruda övladları, |
56. | Yela övladları, Darqon övladları, Giddel övladları, |
57. | Şefatya övladları, Xattil övladları, Pokeret-Hassevayim övladları, Ami övladları. |
58. | Məbəd qulluqçuları ilə Süleymanın əyan qullarının övladları – cəmi 392 nəfər. |
59. | Tel-Melahdan, Tel-Xarşadan, Keruvdan, Addondan, İmmerdən qayıdan, ancaq ailələrinin və nəsillərinin İsrail övladlarından olduğunu sübut edə bilməyənlər bunlardır: |
60. | Delaya övladları, Toviya övladları, Neqoda övladları – 652 nəfər. |
61. | Kahinlərin nəslindən: Xovaya övladları, Haqqos övladları, Gileadlı Barzillayın qızlarından arvad alıb qayınatasının adını götürən Barzillay övladları. |
62. | Onlar nəsil şəcərəsini axtardılar, lakin öz adlarını tapa bilmədilər və buna görə murdar sayılaraq kahinlikdən çıxarıldılar. |
63. | Yəhuda valisi onlara əmr edib belə dedi: «Urim və Tummimi işlədən bir kahin olmayınca onlar ən müqəddəs yeməklərdən yeməsin». |
64. | Bütün camaat birlikdə 42 360 nəfər idi. |
65. | Bundan başqa, 7337 nəfər kölə və kənizlər, 200 nəfər kişi və qadından ibarət ilahiçi var idi. |
66. | Bu adamların 736 atı, 245 qatırı, |
67. | 435 dəvəsi, 6720 eşşəyi var idi. |
68. | Rəbbin Yerusəlimdəki məbədinə gələn zaman bəzi nəsil başçıları Allahın evini öz yerində tikmək üçün könüllü ianələr verdilər. |
69. | Bu iş üçün yığılan xəzinəyə imkan daxilində altmış bir min darik qızıl, beş min mina gümüş və yüz kahin geyimi verdilər. |
70. | Kahinlər, Levililər, xalqın bəziləri, ilahiçilər, məbəd qapıçıları və qulluqçuları öz şəhərlərində yerləşdilər. Beləliklə, İsraillilər isə öz şəhərlərində yerləşdilər. |
← Ezra (2/10) → |