← 1Peter (5/5) |
1. | Ey aranızda olan ağsaqqallar! Mən də sizin kimi ağsaqqal və Məsihin əzablarının şahidiyəm, zühur edəcək izzətə də şərikəm. Sizə yalvarıram, |
2. | Allahın sizə həvalə etdiyi sürüsünü otarın. Ona zorla yox, könüllü və Allahı razı salan tərzdə, haqsız qazanca həris olmadan, həvəslə nəzarət edin. |
3. | Sizə tapşırılanlar üzərində ağalıq etməyin, amma sürüyə nümunə olun. |
4. | Baş Çoban zühur etdiyi zaman siz solmayan izzət tacı alacaqsınız. |
5. | Eyni ilə, siz də, ey gənclər, ağsaqqallara tabe olun. Hamınız bir-birinizə itaətkarlıq göstərin. Çünki «Allah məğrurlara qarşıdır, itaətkarlara isə lütf göstərər». |
6. | Allahın qüdrətli əli altında özünüzü aşağı tutun, onda Allah sizi vaxtı çatanda ucaldacaq. |
7. | Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır. |
8. | Ayıq durun, oyaq olun. Çünki düşməniniz olan iblis nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır. |
9. | Möhkəm imanla ona qarşı durun. Bilin ki, bütün dünyada bacı-qardaşlarınız da eyni cür əzab çəkirlər. |
10. | Siz qısa bir müddət əzab çəkdikdən sonra sizi İsa Məsihdə Özünün əbədi izzətinə çağırmış, hər cür lütf verən Allah Özü sizi bərpa edəcək, möhkəmlədəcək, qüvvətləndirəcək və sarsılmaz təmələ oturdacaq. |
11. | Qüdrət əbədi olaraq Onun olsun! Amin. |
12. | Bu qısa məktubu etibarlı saydığım qardaşımız Sila vasitəsilə sizə yazıram. Sizi həvəsləndirərək şəhadət etdim ki, Allahın həqiqi lütfü budur. Ona bağlı qalın. |
13. | Sizin kimi seçilmiş Babildəki cəmiyyət və oğlum Mark da sizi salamlayır. |
14. | Bir-birinizi məhəbbətlə öpərək salamlayın. Məsihdə olan hamınıza sülh olsun! |
← 1Peter (5/5) |