| ← SongOfSongs (2/8) → | 
| 1. | Mən Şaron nərgiziyəm, Dərələrdə bitən zanbağam. Oğlan: | 
| 2. | Mənim yarım qızlar arasındadır, Elə bil bir zanbaq tikanlar arasındadır. Qız: | 
| 3. | Mənim sevgilim oğlanlar arasındadır, Meşədəki ağaclar arasında alma ağacına oxşayır. Kölgəsində oturmaqdan zövq alıram, Meyvəsinin dadı damağımdan getmir. | 
| 4. | O məni ziyafət evinə apardı, Sevgisi bayraq kimi üzərimdə dalğalanır. | 
| 5. | Mən eşq xəstəsiyəm, Kişmiş verin, qüvvətlənim, Alma verin, cana gəlim. | 
| 6. | Sevgilim sol əlini başımın altına salır, Sağ əli ilə məni qucağına alır. | 
| 7. | Ey Yerusəlimdəki qızlar, sizi and verirəm Dişi ceyranlara, çöldəki marallara! Bizi bu sevgidən oyatmayın, ayıltmayın, Qoy könül istəyənəcən qalsın. | 
| 8. | Bu, sevgilimin hənirtisidir! O, dağlardan aşaraq, təpələrdən sıçrayaraq gəlir. | 
| 9. | Sevgilim ahuya, maral balasına oxşayır, Budur, hasarımızın o tayında dayanır, Pəncərələrdən boylanır, barmaqlıqlardan baxır. | 
| 10. | Mənə belə dedi sevgilim: «Dur gəl, yarım, gözəlim. | 
| 11. | Budur, artıq qış keçib, Yağıntılar kəsilib. | 
| 12. | Hər yanda güllər bitib, Nəğmə oxumağın zamanı yetib, Qumrunun səsi torpağı bürüyüb. | 
| 13. | Əncir yaşıl bar gətirib, Üzüm çiçəklənib ətrini saçır. Dur gəl, yarım, gözəlim!» Oğlan: | 
| 14. | Ey gözəl göyərçinim, Sanki sal qayalarda, sıldırımlarda gizlənmisən. Qoy üzünü görüm, səsini eşidim, Çünki şirin səsli, gözəl surətlisən. | 
| 15. | Tülküləri, kiçik tülküləri tutun, Üzümlükləri korlamağa qoymayın, Çünki bağlarımız çiçəklənib. Qız: | 
| 16. | Sevgilim mənimdir, mən də onunam, O, sürüsünü zanbaqlıq içərisində otarır. | 
| 17. | Gün sərinləşənəcən, kölgələr düşənəcən, Ey sevgilim, geri qayıt, Şişuclu dağların qoynunda olan Ahuya, maral balasına bənzərsən. | 
| ← SongOfSongs (2/8) → |