← Romans (14/16) → |
1. | İmanı zəif olanı qəbul edin, amma onun fikirləri ilə mübahisəyə girişməyin. |
2. | Biri inanır ki, hər şeyi yeyə bilər, amma imanı zəif olan yalnız tərəvəz yeyir. |
3. | Yeyən yeməyənə xor baxmasın, yeməyən də yeyəni mühakimə etməsin. Çünki Allah onu qəbul edib. |
4. | Sən kimsən ki, başqasının xidmətçisini mühakimə edirsən? O xidmətçini haqlı yaxud haqsız çıxarmaq ixtiyarı ağasına məxsusdur. Xidmətçi haqlı çıxacaq, çünki Rəbb onu haqlı çıxarmağa qadirdir. |
5. | Kimsə bir günü o biri gündən üstün sayır, başqası isə hər günü eyni sayır. Qoy hər kəs öz fikrinə əmin olsun. |
6. | Bir günü fərqləndirən adam onu Rəbb üçün fərqləndirir. Yeyən Rəbb üçün yeyir, çünki Allaha şükür edir. Yeməyən də Rəbb üçün yemir və Allaha şükür edir. |
7. | Çünki bizim heç birimiz özümüz üçün yaşamırıq və özümüz üçün ölmürük. |
8. | Yaşayırıqsa, Rəbb üçün yaşayırıq, ölürüksə, Rəbb üçün ölürük. Buna görə yaşasaq da, ölsək də Rəbbə məxsusuq. |
9. | Çünki Məsih ona görə ölüb yenə yaşadı ki, həm ölülərin, həm də yaşayanların Rəbbi olsun. |
10. | Bəs sən nə üçün qardaşını mühakimə edirsən? Yaxud nə üçün qardaşına xor baxırsan? Axı biz hamımız Allahın hökm kürsüsünün qarşısında dayanacağıq. |
11. | Çünki yazılıb: «Rəbb deyir: Varlığıma and içdim, Hər diz önümdə çökəcək, Hər dil Allah olduğumu bildirəcək». |
12. | Beləcə hər birimiz özü üçün Allaha hesabat verəcək. |
13. | Buna görə də daha bir-birimizi mühakimə etməyək, əksinə, qərara alın ki, heç bir qardaşın önünə onu büdrədən yaxud pis yola çəkən bir şey qoymayasınız. |
14. | Rəbb İsada olaraq əminəm ki, heç bir şey özlüyündə murdar deyil. Amma nəyisə murdar sayan adam üçün o şey murdardır. |
15. | Əgər sənin qardaşın yediyin bir şeydən ötrü kədərlənirsə, onda sən məhəbbətə görə həyat sürmürsən. Uğrunda Məsihin öldüyü adamı öz yeməyinə görə həlaka təslim etmə. |
16. | İmkan verməyin ki, sizin yaxşı hesab etdiyiniz bir şey pislənsin. |
17. | Çünki Allahın Padşahlığı yemək-içməkdən ibarət deyil, Müqəddəs Ruhda salehlik, sülh və sevincdən ibarətdir. |
18. | Kim beləcə Məsihə qulluq edirsə, Allahı razı salır və insanların da rəğbətini qazanır. |
19. | Beləliklə, özümüzü sülh gətirən və bir-birimizi inkişaf etdirən işlərə həsr edək. |
20. | Qidaya görə Allahın işlərini pozma! Hamısı təmizdir. Amma yeməyi ilə başqasının büdrəməsinə səbəb olan adam pislik edir. |
21. | Ət yeməyərək, şərab içməyərək qardaşının büdrəməsinə səbəb olmayan isə yaxşılıq edir. |
22. | Bu məsələlərdə etiqadını Allahın önündə öz ürəyində saxla. Seçdiyi bir işdə özünü mühakimə etməyən adam nə bəxtiyardır! |
23. | Amma bir yeməyə şübhə edən adam o yeməyi yeyirsə, məhkum olur. Çünki gördüyü iş imana əsaslanmır və imana əsaslanmayan hər şey günahdır. |
← Romans (14/16) → |