← Psalms (99/150) → |
1. | Rəbb hökmranlıq edir, qoy xalqlar titrəsin, O, keruvlar üstündəki taxtındadır, qoy yer üzü lərzəyə gəlsin! |
2. | Sionda olan Rəbb əzəmətlidir, O bütün xalqların üzərindədir, yüksəkdədir. |
3. | Qoy böyük, zəhmli adına şükür etsinlər! O müqəddəsdir! |
4. | Ey ədalətsevər güclü Padşah, İnsafı bərqərar edən Sənsən, Yaqub nəslinə ədalət və salehliyi göstərmisən. |
5. | Allahımız Rəbbi ucaldın, Ayaqlarına düşüb səcdə qılın, O müqəddəsdir! |
6. | Onun kahinləri arasında Musa ilə Harun olub, Ona yalvaranlar arasında Şamuel olub. Onlar Rəbbə yalvararkən O cavab verərdi. |
7. | Bulud sütununun içindən onlarla danışdı, Onun göstərişlərinə, Onlara verdiyi qaydalarına bağlı qaldılar. |
8. | Ya Rəbb Allahımız, Sən onlara cavab verdin, Pis əməllərinin cəzasını versən də, Bağışlayan Allah olduğunu onlara göstərdin. |
9. | Allahımız Rəbbi ucaldın, Müqəddəs dağında Ona səcdə qılın, Çünki Allahımız Rəbb müqəddəsdir! |
← Psalms (99/150) → |