| ← Psalms (98/150) → |
| 1. | Rəbbə yeni bir ilahi oxuyun, Çünki O, xariqələr yaratdı. O, sağ əli ilə, Öz müqəddəs qolu ilə zəfərlər qazandı. |
| 2. | Rəbb zəfərini bəyan etdi, Millətlərin gözündə salehliyini aydın göstərdi. |
| 3. | İsrail nəslinə Göstərdiyi məhəbbətini və sədaqətini xatırladı. Yer üzünün qurtaracağınadək hər yerdə Allahımızın zəfərini gördü. |
| 4. | Ey bütün dünya, cuşa gəlib Rəbbə nida et, Birdən nida edin, mədh, tərənnüm səsini ucaldın! |
| 5. | Rəbbi lira ilə – Lira ilə, ilahi bir səslə tərənnüm edin! |
| 6. | Kərənay, şeypur səsi ilə, Padşah olan Rəbbin hüzurunda cuşa gəlin, Ona nida edin! |
| 7. | Qoy dənizin və dənizdəki canlıların, Yer üzü və orada yaşayanların səsi ucalsın. |
| 8. | Onun hüzurunda qoy çaylar əl çalsın, Dağlar birgə mədh oxusun! |
| 9. | Çünki Rəbb dünyaya hökm etmək üçün gəlir. Yer üzünə ədalətlə, Xalqlara insafla hökm edəcək! |
| ← Psalms (98/150) → |