← Psalms (96/150) → |
1. | Rəbbə yeni bir ilahi oxuyun, Ey bütün dünya, Rəbbə ilahi oxuyun, |
2. | İsminə alqış edin, Rəbbə ilahi oxuyun, Xilaskar olduğunu hər gün müjdələyin. |
3. | Ehtişamını millətlərə elan edin, Xariqələrini bütün xalqlara bəyan edin! |
4. | Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir, O bütün allahlardan daha zəhmlidir. |
5. | Bütün özgə xalqların allahları bütlərdir, Lakin göyləri yaradan Rəbdir. |
6. | Ehtişam və əzəmət hüzurundadır, Müqəddəs məkanında gözəlliklə qüdrət var. |
7. | Ey xalqların tayfaları, Rəbbə verin – İzzəti, qüdrəti Rəbbə verin, |
8. | Adına layiq izzəti Rəbbə verin, Həyətinə girib təqdimlər verin. |
9. | Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin, Ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin! |
10. | Millətlərə belə elan edin: «Rəbb hökmranlıq edir, O, dünyanı sarsılmaz və möhkəm qurub, O, insafla xalqların hökmünü verəcək». |
11. | Göylər sevinsin, yer üzü şad olsun, Dənizin və dənizdəki canlıların səsi ucalsın, |
12. | Çöllər və çöldə yaşayanlar fərəhlənsin, Meşədəki bütün ağaclar mədh söyləsin |
13. | Rəbbin hüzurunda! O gəlir, dünyanın hökmünü vermək üçün gəlir, Yer üzünün hökmünü ədalətlə, Xalqların hökmünü həqiqətlə verəcək! |
← Psalms (96/150) → |