| ← Psalms (93/150) → |
| 1. | Rəbb hökmranlıq edir, əzəmət libasıdır, Rəbbin libasına qüdrət qurşanıb. Dünya möhkəm durub, sarsılmazdır. |
| 2. | Ya Rəbb, taxtın əvvəldən qurulub, Əzəldən var olan Sənsən. |
| 3. | Ya Rəbb, sellər çağlayır, Şırıldayan sellər çağlayır, Uğuldayan sellər çağlayır. |
| 4. | Gur suların uğultusundan da, Dənizin güclü dalğalanmasından da, Ucalarda olan Rəbb qüdrətlidir! |
| 5. | Ya Rəbb, öyüdlərin tamamilə etibarlıdır, Evinə müqəddəslik əbədi olaraq yaraşır. |
| ← Psalms (93/150) → |