| ← Psalms (87/150) → |
| 1. | Müqəddəs dağlar Rəbbin şəhərinin təməlidir, |
| 2. | Yaqubun bütün məskənlərindən çox Sionun darvazaları Ona əzizdir. |
| 3. | Ey Allahın şəhəri, Haqqında bu şanlı sözləri deyirlər: Sela |
| 4. | «Məni tanıyanların içindən Rahavın, Babilin adını çəkəcəyəm. Həm də Filişt, Sur, Kuş barədə Deyiləcək: “Bunlar da bu yerdə doğulub”. |
| 5. | Bəli, Sion barədə deyiləcək: “Onların hamısı bu yerdə doğulub, Haqq-Taala buranı sarsılmaz edəcək”. |
| 6. | Rəbb xalqları siyahıda qeyd edəndə yazacaq: “Bunlar bu yerdə doğulub”. Sela |
| 7. | Oxuyanlar, rəqs edənlər belə deyəcəklər: “Səndə mənim üçün hər cür çeşmə var”». |
| ← Psalms (87/150) → |