| ← Psalms (82/150) → |
| 1. | Allah Öz toplantısında durub, Hökmünü verərək allahlar arasında deyir: |
| 2. | «Nə vaxtadək nahaq hökm verəcəksiniz, Pislərə tərəfkeşlik edəcəksiniz? Sela |
| 3. | Yoxsulun və yetimin işinə ədalətlə baxın, Məzlumun və fəqirin haqqını verin. |
| 4. | Yoxsul və möhtacları qurtarın, Pislərin əlindən onları azad edin. |
| 5. | Nə bilirsiniz, nə də ki anlayırsınız! Yerin təməlləri sarsılır, qaranlıqda dolanırsınız. |
| 6. | Demişəm: “Siz allahlarsınız, Hər biriniz Haqq-Taala övladlarısınız”. |
| 7. | Lakin insan kimi öləcəksiniz, Adi bir hökmdar kimi torpağa düşəcəksiniz». |
| 8. | Ey Allah, qalx, dünyaya hakim ol, Çünki bütün millətlərə Sən sahib olacaqsan! |
| ← Psalms (82/150) → |