| ← Psalms (8/150) → |
| 1. | Ey Xudavəndimiz Rəbb, İsmin bütün yer üzündə nə qədər əzəmətlidir! Ehtişamın göylərə qalxır! |
| 2. | Düşməni və qisasçını susdurmaq üçün Körpələrin və çağaların səsi ilə Yağılarına qarşı qala qurdun. |
| 3. | Əllərinin işi olan göyləri, Öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm: |
| 4. | «İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?» |
| 5. | Onu Allahdan bir az aşağı yaratdın, İzzət və əzəmət tacını onun başına qoydun, |
| 6. | Əllərinin işləri üzərində onu hökmdar etdin. Hər şeyi onun ayağının altına qoydun: |
| 7. | Bütün sürü və naxırları, Çöldə yaşayan heyvanları, |
| 8. | Göydəki quşları, dənizdəki balıqları, Dəryalarda üzənlərin hamısını. |
| 9. | Ey Xudavəndimiz Rəbb, İsmin bütün yer üzündə nə qədər əzəmətlidir! |
| ← Psalms (8/150) → |