| ← Psalms (75/150) → |
| 1. | Ey Allah, biz Sənə şükür edirik, Bizə doğma olan isminə şükür olsun, Xariqələrin bunu bəyan edir! |
| 2. | Allah deyir: «Müəyyən etdiyim zaman Mən insafla hakimlik edəcəyəm. |
| 3. | Yer və üzərindəkilər lərzəyə gələrkən Onu saxlayıb sütunlarından tutan Mənəm. Sela |
| 4. | Məğrurlara dedim: “Daha məğrurluq etməyin”, Pislərə dedim: “Gücünüzü göstərməyin, |
| 5. | Buynuz çıxartmayın, Dikbaş-dikbaş danışmayın”». |
| 6. | İnsanı yüksəltmək Nə şərqdən, nə qərbdən, nə də çöllərdən gəlir. |
| 7. | Hökm verən Allah isə Həm alçaldır, həm yüksəldir. |
| 8. | Rəbb əlində bir cam tutub, Onu ədviyyatlı, köpüklənən şərabla doldurub. Şərabından töküb dünyanın bütün pislərinə paylayacaq, Onlar da şərabı dibinə qədər içib-qurtaracaq. |
| 9. | Mənsə daim bunu elan edəcəyəm, Yaqubun Allahına tərənnüm oxuyacağam. |
| 10. | Pis adamların buynuzları qırılacaq, Amma salehlərin qüvvəti artacaq. |
| ← Psalms (75/150) → |