| ← Psalms (71/150) → |
| 1. | Ya Rəbb, Sənə pənah gətirirəm, Heç vaxt məni xəcalətdə qoyma. |
| 2. | Məni ədalətinlə qurtar, xilas et, Qulağını mənə sarı döndər, məni azad et. |
| 3. | Mənə sığınacaq qaya ol, Qoy əmrinlə hər vaxt ora girib qurtulum. Çünki qayam da Sən, qalam da Sənsən. |
| 4. | Ey Allahım, şər insanın əlindən, Haqsızın, zalımın pəncəsindən məni qurtar. |
| 5. | Ey Xudavənd, Sən mənim ümidimsən, Ya Rəbb, gəncliyimdən bəri Sənə güvənmişəm. |
| 6. | Doğulduğum gündən bəri dayağımsan, Məni ana bətnindən dünyaya gətirmisən, Həmişə Sənə həmd edirəm. |
| 7. | Çoxlarına qəribə bir şey oldum, Amma Sən mənim möhkəm sığınacağım oldun. |
| 8. | Sənə həmd etmək dilimdən düşməz, Daim Sənin izzətini düşünürəm. |
| 9. | Yaşa dolanda da məni rədd etmə, Taqətdən düşəndə də məni tərk etmə. |
| 10. | Mənim barəmdə düşmənlərim belə söyləyir, Məni öldürmək istəyənlər belə məsləhətləşir, |
| 11. | Deyirlər ki, Allah onu tərk edib, Gəlin onu təqib edərək tutaq, Çünki onu xilas edən yoxdur. |
| 12. | Ey Allah, məndən uzaq durma, Ey Allahım, dadıma tez çat! |
| 13. | Qoy məni ittiham edənlər utanıb məhv olsun, Bədxahlarımı xəcalət, rüsvayçılıq bürüsün. |
| 14. | Mənsə hər zaman Sənə ümid bağlayacağam, Sənə həmd oxuduqca oxuyacağam. |
| 15. | Gün boyu salehliyini, qurtuluşunu dilim bəyan edir, Onun ölçüsünü bilməsəm də. |
| 16. | Ey Xudavənd Rəbb, qüdrətinlə dolanıb-gəzəcəyəm, Sənin, yalnız Sənin salehliyini bəyan edəcəyəm. |
| 17. | Ey Allah, gəncliyimdən bəri mənə təlim vermisən, Sənin xariqələrini indiyədək elan edirəm. |
| 18. | Yaşa dolub saçıma dən düşənə qədər Gələcək nəslə qüvvətini, Gələcək nəslin hər birinə qüdrətini Elan edəcəyəm. Ey Allah, məni tərk etmə. |
| 19. | Ey Allah, salehliyin göylər qədər ucadır, Böyük işlər görmüsən! Ey Allah, Sənin kimisi varmı? |
| 20. | Sən mənə çoxlu ağır əzablar versən də, Yenə məni dirçəldirsən, Yerin dibindən yenə məni çıxarırsan, |
| 21. | Hörmətimi artırmaqla Mənə yenə əmniyyət verirsən. |
| 22. | Ey Allahım, sədaqətinə görə Çəng çalıb Sənə şükür edəcəyəm! Ey İsrailin Müqəddəsi, Səni lira ilə tərənnüm edəcəyəm! |
| 23. | Dilim, azadlıq verdiyin qəlbim Mədh oxuyub Səni tərənnüm edəcək, |
| 24. | Dilim daim salehliyindən söyləyəcək, Çünki bədxahlarımın xəcalətdən üzləri qızarıb. |
| ← Psalms (71/150) → |