← Psalms (70/150) → |
1. | Ey Allah, məni xilas et, Ya Rəbb, dadıma tez çat! |
2. | Canımın qəsdinə duranlar Qoy utanıb biabır olsunlar. Pis günümdən zövq alanlar Geri qovulub rüsvay olsunlar. |
3. | «Aha! Aha!» deyənlər Xəcalət içində çaşıb-qalsınlar. |
4. | Lakin Səni axtaranlar Sənə görə qoy şad olub sevinsinlər, Verdiyin xilası sevənlər Daim «Qoy ucalsın Allah!» desinlər. |
5. | Budur, bir məzlum, bir fəqirəm, Ey Allah, Sən Özünü tez yetir. Köməyim, xilaskarım Sənsən, Ya Rəbb, ləngimə! |
← Psalms (70/150) → |