| ← Psalms (68/150) → |
| 1. | Allah qalxsın, qoy düşmənlər dağılsın, Ona nifrət edənlər qarşısından qaçsın, |
| 2. | Pislər çəkilən tüstü kimi dağılsın, Alovun qarşısında mum kimi ərisin. Qoy onlar Allahın qarşısında məhv olsun. |
| 3. | Salehlər sevinsin, Allahın hüzurunda fərəhindən coşsun, Sevinib şad olsun. |
| 4. | Allaha ilahi oxuyun, ismini tərənnüm edin, Buludlar üstünə minənə yol açın. İsmi Rəbdir, hüzurunda fərəhiniz çağlasın. |
| 5. | Öz müqəddəs məskənində olan Allah Yetimlərin atası, Dul qadınların müdafiəçisidir. |
| 6. | Allah kimsəsizlərə ev qurur, Əsirləri firavanlığa çıxarır, Günahkarlar isə quru yurdda yaşayır. |
| 7. | Ey Allah, Sən xalqının önündə gedərkən, Çöllükdə yürüşə çıxarkən Sela |
| 8. | Sina dağındakı Allahın qarşısında, Allahın, İsrailin Allahının hüzurunda Yer lərzəyə gəldi, göydən yağış töküldü. |
| 9. | Ey Allah, yaxşıca yağışlar yağdırdın, Solan torpaqlarını canlandırdın. |
| 10. | Xalqın orada məskən saldı. Ey Allah, xeyirxahlığına görə Məzlumlar üçün oranı Sən hazırladın. |
| 11. | Xudavənd əmr edir, Bir alay qadın Belə müjdə paylayır: |
| 12. | «Düşmən orduları qaçır! Padşahları qaçır! Evdə olanlar Talan malını paylayırlar. |
| 13. | Siz ağıllar arasında yatanda Qanadları gümüş kimi bərq vuran, Tükləri isə qızıl kimi parlayan, Göyərçinə oxşayırsınız». |
| 14. | Külli-İxtiyar padşahları elə dağıtdı ki, Elə bil Salmon dağına göydən qar tökülür. |
| 15. | Ey Başan dağı, Allahın dağı, Ey zirvələri çox olan Başan dağı! |
| 16. | Ey zirvələri çox olan dağlar, Allah məskən salmaq üçün seçdiyi dağa Niyə qibtə ilə baxırsınız? Bəli, Rəbb orada əbədi yaşar. |
| 17. | Allahın döyüş arabaları var Minlərlə, saysız-hesabsız. Xudavənd onlarla birgə Sinadan müqəddəs məskəninə gəlib. |
| 18. | Ya Rəbb Allah, Sən yüksək yerlərə çıxıb məskən saldın, Əsir etdiyin düşmənləri Özünlə oraya apardın, Sən bütün insanlardan, Hətta üsyankarlardan da xərac aldın. |
| 19. | Xudavəndə, Bizi qurtaran Allaha – Hər gün qayğı yükümüzü çəkənə alqış olsun! Sela |
| 20. | Allahımız azad edən Allahdır, Ölümdən qurtaran Xudavənd Rəbdir. |
| 21. | Allah düşmənlərin kəlləsini, Günah içində yaşayanların tüklü təpəsini əzəcək. |
| 22. | Xudavənd belə dedi: «Onları Başandan geri qaytaracağam, Dənizin dibində olsalar belə, Oradan geri qaytaracağam. |
| 23. | Qoy ayaqların düşmənlərin qanına batsın, Bundan itlərinin dilləri də pay alıb yalasın». |
| 24. | Ey Allah, indi burada o zəfər yürüşün, Ey Allahım, Padşahım, müqəddəs yerə gəlişin görünür, |
| 25. | Öndə ilahi oxuyanlar, Arxalarından isə çalğıçılar, Aralarında dəfçalan qızlar gəlir. |
| 26. | Ey İsrailin belindən gələnlər, cəmiyyət içində Allahınız Rəbbə alqış edin. |
| 27. | Qabaqda kiçik Binyamin qəbiləsi gedir, Ardınca çoxlu Yəhuda başçıları, Ondan sonra Zevulunun, Naftalinin başçıları gəlir. |
| 28. | Ey Allah, qüdrətini, Bizim üçün işlətdiyin qüvvətini göstər. |
| 29. | Yerusəlimdəki məbədinə görə Sənə padşahlar xərac gətirir. |
| 30. | Qamışlıqda yaşayan heyvanları, Xalqların danaları ilə buğa sürüsünü tənbeh et. Bu gümüşpərəstləri təpiyinin altına sal, Davakar xalqları pərən-pərən et. |
| 31. | Misirdən Allahın hüzuruna elçilər gələcək, Kuşlular da Ona əl açacaqlar. |
| 32. | Ey dünya ölkələri, Allaha ilahi söyləyin. Xudavəndi tərənnüm edin, Sela |
| 33. | Göylərin, ulu göylərin üstünə minəni, Güclü səslə gurlayanı dinləyin, |
| 34. | Allahın qüdrətini bəyan edin, Əzəməti İsrail üzərindədir, Onun qüdrəti göylərdədir! |
| 35. | Müqəddəs məkanında olan ey Allah, zəhmlisən! İsrailin Allahı Öz xalqına qüdrət, qüvvət verir. Allaha alqış olsun! |
| ← Psalms (68/150) → |