← Psalms (67/150) → |
1. | Lütf edib, ey Allah, bizə xeyir-dua ver, Üzün üstümüzə nur saçsın. Sela |
2. | Qoy yer üzündə Sənin yolun, Bütün millətlər arasında qurtuluşun tanınsın. |
3. | Ey Allah, Sənə xalqlar şükür etsin, Qoy Sənə bütün xalqlar şükür etsin. |
4. | Qoy ümmətlər sevinclə Səni mədh etsin, Çünki xalqlara insafla hökm edirsən, Yer üzündəki ümmətlərə yol göstərirsən. Sela |
5. | Ey Allah, Sənə xalqlar şükür etsin, Qoy Sənə bütün xalqlar şükür etsin. |
6. | Yer üzü bəhrəsini verib, Allah, bizim Allahımız bizə bərəkət verib. |
7. | Allah bizə xeyir-dua verib. Qoy yer üzünün qurtaracağınadək hər yerdə olanlar Ondan qorxsun! |
← Psalms (67/150) → |