| ← Psalms (62/150) → |
| 1. | Susan qəlbim yalnız Allahı gözləyir, Ondadır qurtuluşum. |
| 2. | Yalnız Odur qayam, qurtuluşum, O mənim qalamdır, mən əsla sarsılmaram. |
| 3. | İnsan divar kimi əyiləndə, Hasar kimi laxlayanda Nə vaxtadək üstünə hücum edəcəksiniz? Nə vaxtadək onu əzəcəksiniz? |
| 4. | Yalnız fikirləşirsiniz, onu nüfuzdan salaq, Çünki yalandan zövq alırsınız. Diliniz xeyir-dua söyləsə də, Qəlbiniz lənət yağdırır. Sela |
| 5. | Ey qəlbim, sükutla Allahı gözlə, Çünki ümidim Ondadır. |
| 6. | Qayam, qurtuluşum yalnız Odur, O mənim qalamdır, mən sarsılmaram. |
| 7. | Qurtuluşum, şərəfim Allaha bağlıdır, Allah möhkəm qayam və pənahımdır. |
| 8. | Ey xalq, hər zaman Ona arxalan, Onun hüzurunda qəlbini açıb-boşalt, Çünki Allah bizim pənahımızdır! Sela |
| 9. | Bəşər övladları yalnız bir nəfəsdir – İnsan övladları fanidir. Tərəzinin gözündə çəkərkən hamısı yuxarı qalxır, Çəkisi bir nəfəsdən yüngül gəlir. |
| 10. | Heç zaman zorakılığınıza güvənməyin, Talan malına boş yerə ümid bağlamayın, Var-dövlətiniz artsa da, ona arxalanmayın. |
| 11. | Allah bir dəfə dedi, Bunu iki dəfə eşitdim: Qüdrət Allahındır, |
| 12. | Ey Xudavənd, məhəbbət Sənindir! Sən hər kəsə əməlinə görə əvəz verirsən! |
| ← Psalms (62/150) → |