← Psalms (61/150) → |
1. | Ey Allah, fəryadımı eşit, Duamı dinlə. |
2. | Düşkünlük qəlbimi alıb, Mən dünyanın ucqarından Səni çağırıram. Sən məni əlçatmaz bir qayaya apar. |
3. | Çünki Sən mənim pənahgahımsan, Düşmənə qarşı möhkəm qülləsən. |
4. | Qoy sonsuzadək çadırında yaşayım, Qanadlarının altında pənah tapım. Sela |
5. | Sən, ey Allah, etdiyim əhdi eşitdin, Adından qorxanlara təyin etdiyin payı mənə verdin. |
6. | Sən ömür ver, qoy padşahın yaşasın, İlləri nəsillərdən-nəsillərə qədər uzansın. |
7. | Allahın hüzurunda daim taxtda otursun, Məhəbbət və sədaqət ver, onu qorusun. |
8. | Mənsə adını həmişə tərənnüm edəcəyəm, Hər gün əhd etdiyim təqdimləri verəcəyəm! |
← Psalms (61/150) → |