| ← Psalms (60/150) → |
| 1. | Ey Allah, Sən bizi atmısan, Müdafiə qüvvələrimizi dağıtmısan. Bizə qəzəblənmisən, Bizi əvvəlki halımıza qaytar. |
| 2. | Yeri lərzəyə salmısan, Torpağını dağıtmısan. Yarıqlarını yenə bitişdir, Çünki yer sarsılıb. |
| 3. | Öz xalqını çətinliyə salmısan, Şərab içirərək bizi səndələtmisən. |
| 4. | Səndən qorxanlara isə bayraq vermisən, Qoy onu həqiqət naminə qaldırsınlar. Sela |
| 5. | Sevdiyin insanların xilas olması üçün Sağ əlinlə bizi qurtar, mənə cavab ver! |
| 6. | Allah Öz müqəddəs məskənindən belə söylədi: «Şekemi sevinclə bölüşdürəcəyəm, Sukkot dərəsini böləcəyəm. |
| 7. | Gilead torpağı Mənimdir, Menaşşe torpağı da Mənimdir, Efrayim başımın dəbilqəsidir, Yəhuda Mənim əsamdır. |
| 8. | Moav yuyunmaq üçün ləyənimdir, Çarığımı ataraq Edomu tutacağam, Zəfər harayını Filiştə salacağam». |
| 9. | Kim məni istehkamlı şəhərə apara bilər? Kim mənə Edoma qədər yol göstərər? |
| 10. | Ay Allah, Sən niyə bizi atmısan? Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan? |
| 11. | Bizə düşmənin qarşısında imdad et, Çünki insanın köməyi puçdur. |
| 12. | Allahın köməyi ilə igidlik edəcəyik, O, düşmənlərimizi tapdalayacaq! |
| ← Psalms (60/150) → |