← Psalms (56/150) → |
1. | Rəhm et mənə, ey Allah, İnsanlar sel kimi üstümə cumur, Gün boyu döyüşərək məni sıxışdırırlar. |
2. | Gün boyu düşmənlərim sel kimi üstümə cumur, Əleyhimə qalxan məğrur döyüşçülər çoxdur. |
3. | Bu dəhşətli gündə Mən yalnız Sənə güvənirəm. |
4. | Vədinə görə Allaha həmd edirəm, Mən Allaha güvənirəm, qorxmuram; Fani insan mənə nə edə bilər? |
5. | Hər işimə onlar ziyan vururlar, Həmişə mənə qəsd-qərəz qururlar. |
6. | Xəlvət bir yerə yığılıb hər addımımı izləyirlər, Pusqu qurub canımı almaq üçün gözləyirlər. |
7. | Günahlarına görə onları cəzalandır, Ey Allah, qəzəblə bu xalqları yerlə yeksan et. |
8. | Dərdlərimi saydın, Göz yaşlarımı tuluğuna yığ. Bunlar Sənin kitabında yazılmayıbmı? |
9. | Mən Səni çağıranda düşmənlərim geri dönür, Bunu bilirəm, Allah mənim tərəfimdədir. |
10. | Vədinə görə həmd etdiyim Allaha, Vədinə görə həmd etdiyim Rəbbə, |
11. | Allaha güvənirəm və qorxmuram; Fani insan mənə nə edə bilər? |
12. | Ey Allah, Sənə olan əhdlərimə əməl etməliyəm, Sənə şükür qurbanı təqdim edəcəyəm. |
13. | Çünki canımı ölümdən qurtardın, Ayaqlarımı büdrəməyə qoymadın, Belə ki Allahın hüzurunda, Həyatın nurunda dolanım. |
← Psalms (56/150) → |