Psalms (54/150)  

1. Ey Allah, isminlə məni qurtar, Qüvvənlə mənə bəraət ver.
2. Ey Allah, mənim duamı dinlə, Dilimdən çıxan sözlərə qulaq as.
3. Yadellilər əleyhimə qalxıblar, Zalımlar canımı almaq üçün məni axtarırlar, Heç Allaha baxmırlar. Sela
4. Budur, Allah mənə kömək edir, Xudavənd ömrümə dayaq olur.
5. O bu şəri düşmənlərimə tərəf döndərəcək. Mənim sadiq Allahım, düşmənləri yox et!
6. Sənə könüllü qurban kəsəcəyəm, Ya Rəbb, gözəl isminə şükür edəcəyəm!
7. Məni hər darlıqdan xilas etdin, Gözüm düşmənlərimin məhvini gördü.

  Psalms (54/150)