| ← Psalms (53/150) → |
| 1. | Axmaqlar ürəyində «Allah yoxdur!» deyə düşünürlər, İnsanlar pozulmuş, əməlləri iyrənc olmuş, Yaxşı iş görən yoxdur. |
| 2. | Allah göylərdən bəşər övladına baxır; Görəsən Allahı dərk edən, Onu axtaran varmı? |
| 3. | Hamı birgə pozulub, namus əldən gedib, Bir nəfər də olsun yaxşı iş görən yoxdur. |
| 4. | Şər iş görənlərin hər biri məgər heç nə qanmırmı? Xalqımı çörək yerinə yeyirlər, Allahı çağırmırlar. |
| 5. | Onlar böyük dəhşətə düşəcək, Heç görünməmiş dəhşətə düçar olacaqlar. Allah bizi mühasirəyə salanların Sümüklərini qırıb dağıdacaq. Onlar qarşımızda pərt qalacaq, Çünki Allah tərəfindən rədd olunacaqlar. |
| 6. | Kaş İsrailin azadlığı Siondan gələydi! Allah Öz xalqına bəxtəvər günlərini qaytaran zaman Yaqub övladları şadlıq edəcək, İsraillilər sevinəcək! |
| ← Psalms (53/150) → |