| ← Psalms (47/150) → |
| 1. | Ey bütün xalqlar, əl çalın, Cuşa gəlib Allaha nida edin! |
| 2. | Haqq-Taala Rəbb necə də zəhmlidir, Bütün yer üzünün böyük Padşahıdır! |
| 3. | Onun sayəsində xalqlar bizə tabe olub, O, ümmətləri ayaqlarımızın altına salıb. |
| 4. | Sevdiyi Yaqubun fəxri olan torpağı Bizə mülk etmək üçün seçdi. Sela |
| 5. | Allah nida ilə ucaldı, Rəbb şeypur səsi ilə yüksəldi. |
| 6. | Tərənnüm edin Allahı, tərənnüm edin! Tərənnüm edin Padşahımızı, tərənnüm edin! |
| 7. | Çünki Allah bütün yer üzünün Padşahıdır, Onu ilahilərlə tərənnüm edin. |
| 8. | Allah Öz müqəddəs taxtında əyləşir, Allah millətlərə padşahlıq edir. |
| 9. | İbrahimin Allahının xalqı ilə bir yerdə olmaq üçün Xalqların əsilzadələri yığılır, Çünki yer üzünün sipərləri Allahındır. O nə qədər ucadır! |
| ← Psalms (47/150) → |