| ← Psalms (46/150) → |
| 1. | Allah bizə sığınacaqdır, qüvvətdir, Dar gündə çox kömək edir. |
| 2. | Buna görə biz qorxmuruq: Yer üzü alt-üst olsa belə, Dağlar uçub dənizin köksünə aşsa belə, |
| 3. | Dalğalar kükrəyib qalxsa belə, Vurub dağları yırğalasa belə, Biz qorxmuruq. Sela |
| 4. | Bir çay var ki suları Allahın şəhərinə axır, Haqq-Taalanın müqəddəs məskəninə sevinc gətirir. |
| 5. | Allah bu şəhərin mərkəzində sarsılmaz durub, Ona dan yeri söküləndə yardım edər. |
| 6. | Millətlər kükrəyər, ölkələr sarsılar, Allah səsini çıxaranda dünya əriyər. |
| 7. | Ordular Rəbbi bizimlədir! Yaqubun Allahı qalamızdır! Sela |
| 8. | Gəlin, görün Rəbbin işlərini, Dünyada etdiyi viranəliyi. |
| 9. | O, yerin ucqarlarınadək döyüşləri dayandırar, Kamanları qırar, nizələri sındırar, Döyüş arabalarını oda atar. |
| 10. | «Dayanın, bilin ki, Mən Allaham, Millətlər arasında ucayam, Yer üzündə ucayam!» |
| 11. | Ordular Rəbbi bizimlədir! Yaqubun Allahı qalamızdır! Sela |
| ← Psalms (46/150) → |