← Psalms (43/150) → |
1. | Ey Allah, etibarsız millətə qarşı olan mübarizəmdən Məni haqlı çıxart, Məni hiyləgər, fitnəkar adamın əlindən qurtar. |
2. | Çünki Sən pənah gətirdiyim Allahsan. Niyə məni atmısan? Düşmənin zülmünə görə niyə yaslı gəzməliyəm? |
3. | Göndər Öz nurunu, həqiqətini, Qoy yolunu mənə göstərsinlər, Müqəddəs dağına, məskənlərinə Qoy məni aparsınlar. |
4. | Onda Allahın qurbangahına, Sevincim, fərəhim olan Allahımın yanına gedərəm. Lira çalıb Sənə şükür edərəm, Ey Allah, mənim Allahım. |
5. | Mənim qəlbim, niyə qırılmısan? Axı niyə bu köksümdə təlaşlanırsan? Ümidini yenə Allaha bağla, Qoy Allahıma – məni qurtarana şükür edim. |
← Psalms (43/150) → |