| ← Psalms (36/150) → |
| 1. | Şər pis insanın ürəyinə pıçıldayır, Onun gözündə Allah qorxusu yoxdur. |
| 2. | Öz gözündə özünü yüksək tutur, Nə təqsirini görür, nə də ona nifrət edir. |
| 3. | Dilindən fitnə-fəsad düşmür, Müdrik, xeyirxah əməllərdən əl çəkib. |
| 4. | Yatağında fitnələr barədə fikirləşir, Pis yolda dayanır, şər işlərdən ikrah etmir. |
| 5. | Ya Rəbb, məhəbbətin göylərdədir, Sədaqətin asimanı bürüyür. |
| 6. | Dağlar kimi salehliyin uludur, Dərya kimi ədalətin dərindir. Ya Rəbb, həm insanı, həm heyvanı qoruyursan. |
| 7. | Ey Allah, məhəbbətin nə qədər qiymətlidir! Bəşər övladları Sənin qanadlarının kölgəsinə sığınır. |
| 8. | Evinin bolluğu ilə onları doydurursan, Sənin xoşhal edən axar çayından onları içirirsən. |
| 9. | Çünki həyat mənbəyi Səndədir, Biz Sənin nurunla görə bilirik. |
| 10. | Səni tanıyanlara məhəbbətini, Ürəyidüz olanlara salehliyini daima göstər. |
| 11. | Qoy təkəbbürlülərin təpiyi altında qalmayım, Pis adamların əli ilə qovulmayım. |
| 12. | Gördüm ki, şər iş görənlər yıxılıblar, Onlar yerə sərilib, daha qalxa bilməzlər. |
| ← Psalms (36/150) → |