← Psalms (33/150) → |
1. | Ey salehlər, Rəbbi mədh edin, Ürəyidüz olanlara həmd söyləmək yaraşır. |
2. | Lira çalın, Rəbbə şükür edin, On telli çənglə Onu tərənnüm edin, |
3. | Ona yeni bir nəğmə oxuyun, Sevinc nidaları ilə çalın. |
4. | Çünki Rəbbin sözü haqdır, Hər işini sədaqətlə aparır. |
5. | Rəbb salehliyi və ədaləti sevir, Yer üzü Onun məhəbbəti ilə dolur. |
6. | Göylər Rəbbin sözü ilə, Səma cisimləri Onun hökmü ilə yarandı. |
7. | Dənizin sularını bir yerə yığdı, Dərin suları anbarlarda saxladı. |
8. | Qoy bütün dünya Rəbdən qorxsun, Bütün yer üzünün əhalisi Onu şərəfləndirsin. |
9. | Çünki nə söylədi, mövcud oldu, Nə əmr etdi, quruldu. |
10. | Rəbb millətlərin məsləhətini puç edər, Xalqların məqsədini heç edər. |
11. | Lakin Rəbbin məsləhəti əbədi olar, Ürəyinin məqsədi nəsillər ötsə də, qalar. |
12. | Nə bəxtiyardır o millət ki Allahı Rəbdir, O xalq ki Rəbb onu irs olaraq seçmişdir. |
13. | Rəbb göylərdən baxır, Bütün bəşər övladlarını görür, |
14. | Taxtında oturduğu yerdən Bütün dünya əhalisini görür. |
15. | Odur hər bir insanın ürəyini yaradan, Əməllərini anlayan. |
16. | Qoşunun çoxluğu ilə heç bir padşah qurtulmaz, Qolunun gücü ilə heç bir cəngavər zəfər çalmaz. |
17. | Qələbə üçün at boş şeydir, Qüvvətinin çoxluğu ilə bir kimsə xilas olmaz. |
18. | Rəbbin gözü Ondan qorxanlara, Onun məhəbbətinə ümid bağlayanlara baxar. |
19. | İstəyir ki, onları ölümdən qurtarsın, Qıtlıqda belə, onlar sağ qalsın. |
20. | Könlümüz Rəbbin yolunu gözlər, Odur köməyimiz və sipərimiz. |
21. | Bizim qəlbimiz Onda sevinc tapır, Müqəddəs isminə arxalanmışıq. |
22. | Ya Rəbb, ümidimizi Sənə bağlamışıq, Məhəbbətin üzərimizdən tükənməsin. |
← Psalms (33/150) → |