| ← Psalms (3/150) → | 
| 1. | Ya Rəbb, düşmənlərim nə qədər çoxalıb! Əleyhimə qalxanlar nə qədər artıb! | 
| 2. | Mənim üçün çoxları deyir: «Allahdan ona xilas yoxdur». Sela | 
| 3. | Amma Sən, ya Rəbb, ətrafımda sipərsən, Şərəfimsən, başımı ucaldan Sənsən! | 
| 4. | Rəbbi ucadan səsləyirəm, O, müqəddəs dağından mənə cavab verir. Sela | 
| 5. | Mən yatıram, yuxuya gedirəm, Yenə oyanıram, çünki Rəbb mənə kömək edir. | 
| 6. | Hər yandan məni mühasirəyə alan On minlərlə xalqdan qorxmuram. | 
| 7. | Qalx, ya Rəbb! Ey Allahım, məni qurtar! Çünki Sən bütün düşmənlərimin əngindən vurursan, Pislərin dişlərini qırırsan. | 
| 8. | Qurtuluş Rəbdəndir, Qoy Sənin xeyir-duan xalqının üzərində olsun! Sela | 
| ← Psalms (3/150) → |