| ← Psalms (26/150) → |
| 1. | Məni haqlı çıxar, ya Rəbb, Çünki mən kamalla gəzmişəm, Sarsılmadan Rəbbimə güvənmişəm. |
| 2. | Ya Rəbb, məni sınaqdan keçir, Sən məni imtahan et, Qəlbimi, fikirlərimi saf et. |
| 3. | Məhəbbətin gözümün önündə durur, Sənin sədaqətinlə gəzirəm. |
| 4. | Yalançı insanlarla oturmuram, İkiüzlülərlə yoldaşlıq etmirəm, |
| 5. | Yaramazların məclisinə nifrət edirəm, Pislərlə oturmuram. |
| 6. | Ya Rəbb, günahsızlıq içində əllərimi yuyuram, Qurbangahının başına dolanıram, |
| 7. | Şükür səsimi ucaldıram, Bütün xariqələrini bəyan edirəm. |
| 8. | Ya Rəbb, məskənin olan evi, Calalının sakin olduğu yeri sevirəm. |
| 9. | Məni günahkarlara qatıb aparma, Qatillərlə birgə canımı alma. |
| 10. | Onlar pis niyyəti əllərində tutublar, Sağ əllərini rüşvətlə doldurublar. |
| 11. | Mənsə kamalla gəzirəm, Məni qurtar, mənə lütf et! |
| 12. | Ayağım düzlük üstündə durur, Cəmiyyətin içində Rəbbə alqış edəcəyəm. |
| ← Psalms (26/150) → |