← Psalms (24/150) → |
1. | Rəbbindir yer üzü və orada mövcud olanlar, Dünya və orada yaşayanlar. |
2. | O, yerin təməlini dənizlər üstündə qurdu, Dünyanı sular üzərində yaratdı. |
3. | Rəbbin dağına kim çıxa bilər? Müqəddəs məskəninə kim girə bilər? |
4. | – Əlləri pak, qəlbi təmiz, Hiyləyə könül verməyən, Yalandan and içməyən insan. |
5. | O, Rəbdən bərəkət alacaq, Xilaskarı Allahdan salehlik alacaq. |
6. | Belə adam Rəbbi soraqlayar, Yaqubun Allahının üzünü axtarar. Sela |
7. | Ey darvazalar, başlarınızı qaldırın, Ey qədim qapılar, açılın, Əzəmətli Padşah içəri daxil olsun! |
8. | Bu əzəmətli Padşah kimdir? – Odur, güclü-qüdrətli Rəbb, Döyüşdə qüvvətli Rəbb. |
9. | Ey darvazalar, başlarınızı qaldırın, Ey qədim qapılar, açılın, Əzəmətli Padşah içəri daxil olsun! |
10. | Bu əzəmətli Padşah kimdir? – Ordular Rəbbi, Odur əzəmətli Padşah! Sela |
← Psalms (24/150) → |