← Psalms (23/150) → |
1. | Rəbb mənim çobanımdır, möhtac olmaram. |
2. | O məni yaşıl çəmənlərdə dincəldir, Sakit axan sular kənarında gəzdirir. |
3. | Məni yenə də canlandırır, İsmi şərəfinə salehlik yolları ilə aparır. |
4. | Ölüm kölgəsinin dərəsində gəzsəm belə, Şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir. |
5. | Düşmənlərimin qarşısında Mənim üçün süfrə açırsan, Başıma ətirli yağ çəkirsən, Ağzınadək camımı doldurursan. |
6. | Bəli, bütün həyatım boyu Yaxşılıq, məhəbbət məni izləyir. Bütün ömrüm boyu Rəbbin evində yaşayacağam! |
← Psalms (23/150) → |