← Psalms (21/150) → |
1. | Ya Rəbb, padşah qüdrətinlə sevinir, Zəfərinlə fərəhlənir. |
2. | Onu ürəyinin arzusuna çatdırmısan, Dilindən çıxan diləyini ondan əsirgəməmisən. Sela |
3. | Çünki onu yaxşı nemətlərlə qarşılamısan, Saf qızıldan başına tac qoymusan. |
4. | Səndən həyat istəyəndə ona verdin, Onun ömrünü əbədi olaraq uzatmısan. |
5. | Ona zəfər çaldıraraq şərəfini ucaltmısan, Ehtişam və əzəmət bağışlamısan. |
6. | Əbədi olaraq başına nemətlər tökmüsən, Hüzurundakı sevinclə Sən onu fərəhləndirmisən. |
7. | Çünki padşah Rəbbə güvənir, Haqq-Taalanın məhəbbəti ilə sarsılmazdır. |
8. | Əlin bütün düşmənlərini tapacaq, Sağ əlin yağıları tutacaq. |
9. | Ya Rəbb, onlara görünən zaman Sən onları soba tək yandıracaqsan, Onları qəzəbinlə yeyib, alovunla udacaqsan. |
10. | Övladlarını yer üzündən, Gələcək nəsillərini insanlar arasından yox edəcəksən. |
11. | Çünki pis niyyətlə əleyhinə çıxdılar, Hiylə işlətdilər, amma gücləri çatmadı. |
12. | Çünki Sən onları geri qovacaqsan, Yay çəkib oxla üzlərini nişan alacaqsan. |
13. | Ya Rəbb, qoy Sənin uca qüdrətini görək! Əzəmətini ilahilərlə tərənnüm edək! |
← Psalms (21/150) → |