| ← Psalms (20/150) → |
| 1. | Dar gündə Rəbb sənə cavab versin, Yaqubun Allahının ismi səni hifz etsin! |
| 2. | Müqəddəs məskənindən köməyinə çatsın, Siondan sənə dayaq olsun! |
| 3. | Bütün təqdimlərindən razı qalsın, Yandırma qurbanların qəbul olunsun! Sela |
| 4. | O səni ürəyinin istəyinə çatdırsın, Hər bir niyyətini yerinə yetirsin! |
| 5. | Biz sənin zəfərlərinə mədh oxuyarıq, Allahımız naminə bayraqlarımızı qaldırarıq! Rəbb səni hər bir diləyinə çatdırsın! |
| 6. | İndi bildim ki, Rəbb məsh etdiyinə zəfərlər verər, Müqəddəs səmasından ona cavab göndərər, Sağ əlinin qüdrəti onu qalib edər. |
| 7. | Bəziləri döyüş arabaları, bəziləri atları ilə öyünür, Bizsə Allahımız Rəbbin adı ilə öyünürük. |
| 8. | Onlar büdrəyəcəklər, yıxılacaqlar, Bizsə qalxıb dik duracağıq. |
| 9. | Ya Rəbb, Sən padşaha zəfər ver, Səni çağırarkən bizə cavab ver. |
| ← Psalms (20/150) → |