← Psalms (2/150) → |
1. | Nə üçün millətlər belə vurnuxmaya düşür, Ümmətlər boş şeylər düşünür? |
2. | Dünya şahları yığışır, Hökmdarlar Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir. |
3. | Deyirlər: «Gəlin onların buxovlarını qoparaq, Üstümüzdəki zəncirlərini ataq». |
4. | Göylərin sakini gülür, Xudavənd onlara istehza edir. |
5. | Sonra onlara hiddəti ilə xəbərdarlıq edəcək, Qəzəbi ilə onları dəhşətə gətirəcək. |
6. | O deyir: «Mən padşahımı Müqəddəs dağım Sionda əyləşdirmişəm». |
7. | Rəbbin fərmanını elan edəcəyəm. Rəbb mənə dedi: «Sən Mənim oğlumsan, Mən bu gün sənə Ata oldum. |
8. | Məndən istə, onda irs olaraq millətləri, Mülk olaraq yer üzünün qurtaracağınadək hər yeri Sənə verərəm. |
9. | Onları dəmir əsa ilə qıracaqsan, Saxsı qab kimi çilik-çilik edəcəksən». |
10. | İndi, ey şahlar, müdrik olun! Ey dünya hakimləri, ibrət alın! |
11. | Rəbdən qorxub Ona xidmət edin, Həm titrəyin, həm sevinin. |
12. | Oğulu öpün ki, qəzəblənməsin, Yoxsa tutduğunuz yolda məhv olarsınız. Çünki qəzəbi tezliklə alovlanar. Ona pənah gətirənlərin hamısı nə bəxtiyardır! |
← Psalms (2/150) → |