← Psalms (15/150) → |
1. | Ya Rəbb, çadırında kim qalar? Müqəddəs dağında kim məskən salar? |
2. | Kamillik yolu ilə gedən, Əməlisaleh olan, Ürəkdən həqiqəti söyləyən, |
3. | Dilinə böhtan gəlməyən, Dostuna yamanlıq etməyən, Qonşusunu təhqir etməyən, |
4. | Şərəfsizə xor baxan, Rəbdən qorxanlarasa hörmət edən, Zərərinə olsa belə, andından geri dönməyən, |
5. | Sələmlə pul verməyən, Təqsirsizin əleyhinə işləmək üçün rüşvət almayan. Əsla sarsılmaz belə həyat sürən insan! |
← Psalms (15/150) → |