| ← Psalms (149/150) → |
| 1. | Rəbbə həmd edin! Rəbbə yeni bir ilahi oxuyun, Möminlər camaatı arasında Ona həmd edin! |
| 2. | İsrail nəsli Yaradanına görə sevinsin, Sion övladları Padşahına görə şad olsun! |
| 3. | Rəqslərlə isminə həmd edin, Dəflə, lira ilə ismini tərənnüm edin! |
| 4. | Çünki Rəbb Öz xalqından zövq alar, Zəfəri ilə itaətkarların üstünə yaraşıq salar. |
| 5. | Bu şərəfə görə qoy möminlər sevinsinlər, Yataqlarında belə, Onu tərənnüm etsinlər. |
| 6. | Dilləri ilə Allahı ucaltsınlar, Əllərində ikiağızlı qılınc tutsunlar. |
| 7. | Millətləri qıraraq qisas alsınlar, Ümmətləri cəzalandırsınlar. |
| 8. | Padşahlarına zəncir vursunlar, Sərkərdələrini dəmir buxovlara salsınlar. |
| 9. | Onlar üçün yazılan hökmü yerinə yetirsinlər, Rəbbin bütün möminləri bununla şərəflənsinlər. Rəbbə həmd edin! |
| ← Psalms (149/150) → |