| ← Psalms (146/150) → |
| 1. | Rəbbə həmd edin! Ey könlüm, Rəbbə həmd et! |
| 2. | Ömür boyu Rəbbə həmdlər söyləyəcəyəm, Allahımı nə qədər varam, tərənnüm edəcəyəm! |
| 3. | Əsilzadələrə, Sizi qurtara bilməyən bəşər oğluna güvənməyin. |
| 4. | Onlar canı çıxan kimi torpağa düşər, Niyyətləri bircə anda yox olar. |
| 5. | Nə bəxtiyardır Yaqubun Allahından kömək alan, Yalnız Allahı Rəbbə ümid bağlayan insan! |
| 6. | Odur göyləri, yeri, dənizi, dənizdəkiləri yaradan, Odur əbədi sadiq qalan. |
| 7. | O, miskinlərə haqq qazandırır, O, acları azuqə ilə doydurur. Rəbb əsirləri azad edir, |
| 8. | Rəbb kor gözləri açır. Rəbb qəddi əyilənləri düzəldir, Rəbb salehləri sevir. |
| 9. | Rəbb qəriblərə dayaq olur, Yetimi, dul qadını ayağa qaldırır, Pislərinsə yollarını dolaşdırır. |
| 10. | Rəbb əbədi hökmranlıq edir, Ey Sion, Allahın nəsillər boyu hökm verir! Rəbbə həmd edin! |
| ← Psalms (146/150) → |