← Psalms (142/150) → |
1. | Rəbbə fəryad qoparıb haray salıram, Rəbbə yalvararaq haray salıram. |
2. | Hüzuruna şikayətimi tökürəm, Qarşısında əziyyətimi söyləyirəm. |
3. | Ruhdan düşəndə hansı yolda olduğumu bildin, Yolumda gizli tələ qurublar. |
4. | Sağıma bax, Özün gör, heç kim məni saymır, Pənah yerim yoxdur, Heç kim qayğıma qalmır. |
5. | Ya Rəbb, Sənə fəryad edərək dedim: «Pənahım Sənsən, Dirilər arasında Sən mənim nəsibimsən». |
6. | Qulaq as fəryadıma, Nə qədər alçaldılmışam! Məni təqib edənlərdən qurtar, Çünki onlar məndən güclüdür. |
7. | Canımı zindandan qurtar, Qoy isminə şükür edim! Onda salehlər məni əhatə edəcək, Çünki mənə comərdlik etdin! |
← Psalms (142/150) → |