← Psalms (141/150) → |
1. | Ya Rəbb, Səni çağırıram, tez imdadıma yetiş, Fəryad edərkən səsimi eşit! |
2. | Qoy hüzurunda dualarım buxur kimi, Açılan əllərim axşam qurbanı kimi qəbul olunsun! |
3. | Ya Rəbb, ağzıma nəzarətçi qoy, Dodağımın qapısını qoru. |
4. | Qoyma qəlbim şərə meyl etsin, Şər iş görənlərə qoşulub mən də pis iş görməyim, Pislərlə birgə onların ləziz yeməklərindən yeməyim. |
5. | Saleh insan məni vursa, məhəbbətinə görə tənbeh edər, Bundan imtina etmərəm, sanki başıma çəkilən yağdır. Daim pislərin şərinə qarşı dua edərəm. |
6. | Hakimləri yarğandan atılarkən Qoy xalq sözlərimi eşitsin, şirinliyini bilsin. |
7. | Şumlanan yerdə şırımlara narın torpaq töküldüyü kimi Sümüklərimiz ölülər diyarının qapısına səpilib. |
8. | Ey Xudavənd Rəbb, gözlərimi Sənə dikmişəm, Məni təhlükədə qoyma, Sənə pənah gətirmişəm. |
9. | Şər iş görənlərin tələsindən, Onların qurduğu cələdən məni qoru. |
10. | Qoy pislər öz torlarına düşsün, Mən də yolumu salamat keçib-gedim. |
← Psalms (141/150) → |