← Psalms (140/150) → |
1. | Ya Rəbb, məni şər adamlardan xilas et, Məni qəddar insanlardan hifz et. |
2. | Ürəklərində pis niyyətləri var, Hər gün dava yaradırlar. |
3. | Kəskin dilləri ilan tək çalar, Sanki dodaqlarında gürzə zəhəri var. Sela |
4. | Ya Rəbb, şər insanın əlindən, Qəddar insanlardan məni qoru. İstəyirlər ki, ayağımı büdrətsinlər. |
5. | Bu təkəbbürlü insanlar mənə tələ qurublar, Tor atıblar, cələlərini yolumun üstünə qoyublar. Sela |
6. | Rəbbə dedim: «Allahım Sənsən, Ya Rəbb, yalvarıram, Sən məni eşit! |
7. | Ey Xudavənd Rəbb, Sən qüvvətli Xilaskarımsan, Döyüş günündə başıma dəbilqə qoymusan. |
8. | Ya Rəbb, qoy pis adam muradına çatmasın, Pis niyyətinə imkan vermə, qoy lovğalanmasın». Sela |
9. | Ətrafımdakıların ağzından çıxan pis sözlər Qoy öz başlarına tökülsün! |
10. | Qoy onların üstünə yanar közlər tökülsün, Onlar quyuya düşüb, çıxa bilməsin! |
11. | Qoyma ki bu ölkədə iftiraçı uğur qazansın, Bəlalar qəddarı vursun, onu ovlasın! |
12. | Bilirəm ki, Rəbb məzlumların məhkəmə işinə baxır, Fəqirlərə haqq qazandırır. |
13. | Bəli, salehlər Sənin isminə şükür oxuyacaq, Əməlisalehlər hüzurunda yaşayacaq. |
← Psalms (140/150) → |